Sumqayıt Məhkəməsi tanışını bıçaqlayan gəclə bağlı qərar verdi — TƏFƏRRÜAT


Abşeron rayonunda 2007-ci il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Sərxana (adlar şərtidir – red.) xəsarət yetirib. 

Sumqayit.tv-in əldə etdiyi məlumata görə, hadisə 29 dekabr 2023-cü ildə Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən “Saray market”in qarşısında baş verib. 

Fərid orada tanışı Sərxanın əmisi nəvəsi ilə 3-4 gün əvvəl aralarında olmuş mübahisəyə aydınlıq gətirən zaman, aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. 

Mübahisə zamanı Sərxan bir dəfə onun sol xaya nahiyəsindən təpiklə vuraraq, ona sol xayanın üst hissəsinin sıyrılmış yarası kimi sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra o, üzərindəki turist bıçağı ilə onun qarın nahiyəsinə bir dəfə vurub. 

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə 29 dekabr 2023-cü ildə, saat 21:00-da baş verib: “Hadisə baş verməzdən 2-3 gün əvvəl Namiq ilə aramızda mübahisə yarandı. Namiq də bu barədə Sərxana bildirdi. Sərxan zəng edərək, bu məsələyə aydınlıq gətirmək istədiyini dedi. Sərxanla görüşdük. Aramızda mübahisə yarandı və dalaşmağa başladıq. Hadisə yerində çoxlu sayda adamlar vardı. Yəqin ki, orada olan şəxslərdən hər hansı birinin bıçağı yerə düşmüşdü. Mən yerdə bıçaq gördüm. Həmin vaxt qorxmuş və bıçağı götürərək vurmuşam. Törətdiyim əməldən peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Sərxanın sözlərinə görə, əmisi nəvəsi Namiq Fəridlə aralarında mübahisə baş verdiyini ona deyib: “Mən də Fəridi çağıraraq, Namiqlə onu barışdıracağımı düşündüm. Fərid məndən yaş olaraq çox kiçikdir. Mən onu hər hansı mübahisəyə aydınlıq gətirmək üçün çağırmadım. Fəridlə görüşdük. Bu zaman Fərid həyəcanlandı. Birdən-birə aramızda mübahisə yarandım və biz dalaşmağa başladıq. Həmin vaxt yaxınlıqdakı marketin qarşısında çoxlu sayda adamlar olub. Həmin şəxslər Fəridlə aramızda olan dava ilə əlaqəsi olmayan şəxslər idi. Bizim aramızda baş verən dava 1 dəqiqədən çox davam etmədi. Bu vaxt Fəridi yerə yıxdım, ona şillə və təpik vurdum. Daha sonra yaralandığımı gördüm. Fərid məni bıçaqla vurub”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəridin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Qeyd edək ki, Fərid hadisəni törədən zaman orta məktəbin 11-ci sinif şagirdi olub. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0703334950 (Whatsapp)

21-02-2025, 15:24 78

Digər xəbərlər

İsmayıllıda faciə: Sumqayıt sakini traktorun altında qalaraq öldü-VİDEO

Sumqayıt təhsili ağır itki ilə üzləşib – Nəzakət Amaxanova vəfat edib

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 09:26
Bu gün, 08:27
Dünən, 20:57
Dünən, 20:42
Dünən, 20:28
Dünən, 15:45
Dünən, 15:23
Dünən, 15:21
Dünən, 13:08
Dünən, 10:05
Dünən, 09:53
Dünən, 09:44
Dünən, 09:11
Dünən, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
1 2 3 4 5 6 7 8 9 10 ... 1066