Bakıda quş əti emalı müəssisəsində nöqsanlar aşkar olunub



Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Sumqayit.tv xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda fəaliyyət göstərən, fiziki şəxs Axundzadə Rasim Elmar oğluna məxsus quş əti emalı müəssisəsində keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində sanitariya-epidemioloji qaydalara və normativlərə əməl olunmadığı müəyyən olunub. Belə ki, mexaniki üsulla hazırlanan toyuq farşının istehsalında “Omega” əmtəə nişanlı rəngləndirici xüsusiyyətə malik qida əlavəsindən (E124) istifadə edildiyi, məhsulların etiket məlumatlarında, qablaşdırılmasında və markalanmasında bir sıra nöqsanlar aşkar edilib. Həmçinin müəssisədə mexaniki avadanlıqların yuyulması prosesinin düzgün aparılmadığı və lazımi yuyucu-dezinfeksiyaedici vasitələrdən istifadə edilmədiyi məlum olub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub, ümumi çəkisi 375 kq toyuq farşı dövriyyədən çıxarılıb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam edir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

22-10-2021, 11:28 148

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065