Məhkəmə Sumqayıtda piyadanı vuraraq qaçan sürücü ilə bağlı qərar verdi

 
Ali Məhkəmədə yol qəzası törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən C.Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Sumqayit.tv xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, C.Əliyev 25 oktyabr 2022-ci il tarixdə, saat 06:30 radələrində alkoqol sərxoşluğu vəziyyətində sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz olan özünə məxsus “Bogdan 211040-87” markalı avtomobillə Sumqayıt şəhəri Sülh küçəsində Sumqayıt Bulvarı istiqamətində hərəkətdə olub.


Belə ki, o, yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürət həddini aşaraq avtomobili 76 km/saat sürətlə idarə edib, hərəkət üçün təhlükə yarandığını gördüyü halda nəqliyyat vasitəsinin sürətini azaltmaq və hadisənin qarşısını almaq üçün texniki imkanı olduğu halda heç bir tədbir görməyib. Nəticədə Sumqayıt şəhəri Sülh və Nərimanov küçələrinin kəsişməsində, piyada keçidi üzərindən yolu keçməyə başlayan piyada - zərərçəkmiş D.D.-ni (adı, soyadı şərtidir) avtomobilin sol qabaq hissəsi ilə vurub.


Hadisə nəticəsində zərərçəkmiş şəxsə başın küt travması, kəllə sümüklərinin açıq çoxqəlpəli sınıqları, baş beyinə qansızma və digər ağır bədən xəsarətləri yetirilib və ehtiyatsızlıqdan onun ölümünə səbəb olunub. Bundan sonra C.Əliyev yol-nəqliyyat hadisəsi barədə müvafiq orqanlara məlumat vermədən və xəsarət alan şəxsə yardım göstərmədən hadisə yerindən qaçıb.


Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra C.Əliyev Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd olunan qərarının ləğv edilməsi və ona daha yüngül cəza təyin olunması barədə kassasiya şikayəti ilə məhkəməyə müraciət edib.


19-01-2026, 11:29 41

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102