
Sumqayıtda sürücü sükan arxasında ölüb.
Sumqayit.tv "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsünün halı anidən pisləşib və o, maşını yol kənarına çəkib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Sükan arxasında sürücünün meyiti aşkarlanıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.
26-01-2026, 10:37
11