Sumqayıtda qüsurlu əməliyyata görə klinika pasiyentə təzminat ödəyəcək

Sumqayıt şəhərində fəaliyyət göstərən “Liman Klinikası” qüsurlu cərrahi əməliyyata görə pasiyentə təzminat ödəməyə məhkum edilib.

Sumqayit.tv Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə məhkəmə qərar qəbul edib.

İş materiallarına görə, Nuridə Zülfüqarova 2024-cü ildə klinikada burun əməliyyatı keçirib. Əməliyyatdan sonra onun sol gözündə çəplik yaranıb. Aparılan məhkəmə-tibb ekspertizası əməliyyatın qüsurlu icra edildiyini təsdiqləyib.

İddiaçı tərəf maddi və mənəvi zərərə görə ümumilikdə 50 min manat təzminat tələb etsə də, Sumqayıt Şəhər Məhkəməsi iddianı qismən təmin edib.

Qərara əsasən, “Liman Qrup” MMC Nuridə Zülfüqarovaya 28 574 manat maddi, 3 000 manat isə mənəvi zərər əvəzi ödəməlidir. Əməliyyatı həyata keçirən cərrah Əfqan Ağagülova qarşı irəli sürülən iddia isə təmin olunmayıb. Məhkəmə bildirib ki, həkim klinikanın əməkdaşı olduğundan hüquqi məsuliyyəti işəgötürən daşıyır.

Qeyd edək ki, qərar sonradan apellyasiya və ali instansiya məhkəmələri tərəfindən də qüvvədə saxlanılıb.


2-07-2026, 15:22 68

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102