Sumqayit.tv Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər DİN əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər. Hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcəkdir.