Qobuda oğurluq edən şəxslər saxlanılıb


Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qaradağ rayonu Qobupark yaşayış kompleksinin ərazisində yaşayan şəxslərdən biri Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı müddətdə mənzilə daxil olan naməlum şəxs orada quraşdırılan kombi aparatını oğurlayıb.
Həmin kompleksdə yaşayan daha 11 sakindən Polis Bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da evlərindən müxtəlif vaxtlarda kombilərin oğurlandığı qeyd edilib. Hadisələrin eyni yaşayış kompleksində və oxşar üsullarla törədilməsi polis əməkdaşlarında oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr yaradıb.
Qaradağ Rayon Polis İdarəsi və 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində 12 evdən kombi aparatı oğurlayan şəxslər – Sübhan Ağayev, Sənan Mustafayev, Orxan Nüsrətli və Taleh Haqverdiyev qısa zamanda saxlanılaraq istintaqa təqdim olunublar və onlar ifadələrində törətdikləri hadisələri etiraf ediblər.
Qeyd edək ki, kombiləri oğurlanan zərərçəkənlərdən ikisi şəhid ailəsidir. Polis əməkdaşları tərəfindən oğurlanan kombilərin bir neçəsi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Şəhid ailələrinə məxsus kombi aparatlarının qısa zaman ərzində onlara qaytarılması təmin ediləcək.
Faktlarla bağlı 10-cu Polis Bölməsində toplanan materiallar Qaradağ Rayon Polis İdarəsinə göndərilib.
“Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Qaradağ Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına və ya “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər”, - Mətbuat Xidmətindən bildirilib.



12-11-2021, 16:06 232

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065