Gəncə şəhərində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 700 m² olan fəaliyyət göstərməyən birmərtəbəli mebel salonunun lambirindən ibarət tavanı 30 m² sahədə və plastikdən ibarət arakəsməsi 3 m² sahədə yanıb. Mebel salonunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.