Qəza nəticəsində avtomobildə sıxışıb qalan şəxs xilas edilib - VİDEO
Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib. FHN-dən verilən məlumata görə, rayonun Aşağı Zeynəddin kəndində "Chevrolet” və "Mercedes" markalı iki minik avtomobilinin toqquşub. Nəticədə deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.