Lerik rayonunda ev yanıb. FHN-dən verilən məlumata görə, rayonun Barzavu kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü, yaxınlıqda ümumi sahəsi 160 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.