Saatlı rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Azadkənd kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.