Bakıda dünya çempionu qətlə yetirildi: “Emin 444”ün yaxın qohumu tutuldu - YENİLƏNİB + FOTO


Bakıda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə martın 14-də Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlu odlu silahla güllələnərək qətlə yetirilib. 
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı Zaur Yusifov da tutulub.
Kikboks üzrə dünya çempionu Z.Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, H.Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, qətlə yetirilən E.Səfərov kriminal aləmdə “Emin 444” kimi tanınıb.
Məlumata görə, S.Şirəliyev Emin Səfərovun xalası oğludur.
08:45
Bakıda kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov ötən gün axşam saatlarında öldürülüb.
“Qafqazinfo” qətlin baş verdiyi yerdən fotolar əldə edib.
Məlum olub ki, Zaur Yusifov 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində güllələnib. Kikboks üzrə dünya çempionu naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.
Xatırladaq ki, qətl gecə saatlarında baş verib. Kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov öldürülüb.



15-03-2022, 10:32 167

Digər xəbərlər

Sumqayıtdayaşayış binasında yanğın olub

Sumqayıt və Binəqədidə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Sumqayıtda avtomobil kanala düşüb, xəsarət alanlar var - FOTO

Xalqı Qələbəyə - 8 Noyabra aparan yol

Sumqayıtda 5 yaşlı eşitmə və danışma qüsurlu uşaq tapılıb — valideynləri axtarılır

“ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək

Sumqayıtda 7A saylı avtobusdan narazılıq – sürücü Avtovağzala getməkdən imtina edib-FOTO

Sumqayıtda daxili kreditlə mənzil sahibi olmaq imkanı – “Kristal”dan yeni təkliflər

Sumqayıtın uşaqlar üçün oyun meydançaları niyə baxımsız qalıb?

“Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakim təyinatları məlum olub

Bakı–Sumqayıt qatarına daş atılıb – sərnişin vaqonunun şüşəsi sınıb

Sumqayıt-Bakı qatarının qrafiki tələbələri yolda qoyur: "İki saat gözləməli oluruq" - RƏSMİ 

Sumqayıtda dünya çempionunu qətlə yetirən şəxsə 19 il həbs cəzası verildi

Sumqayıtda zəncirvari qəza: 4 avtomobil toqquşub

Sumqayıtda payız-qış mövsümünə hazırlıq müzakirə olunub - FOTO -VIDEO

Sumqayıtda sürücü idarəetməni itirdi – Avtomobil divara çırpıldı

Sumqayıtda yağıntılı hava bu vaxta qədər davam edəcək

"Sumqayıt"ın gənc futbolçusu klubun tarixinə keçdi

Sumqayıtda 500 abonentin qazı dayandırılacaq

Sumqayıtda tibbi tullantıların zərərsizləşdirilməsi prosesi davam edir

1 2 3 4 5 6 7 8 9 10 ... 978
Bu gün, 20:16
Bu gün, 19:57
Bu gün, 19:55
Bu gün, 14:15
Bu gün, 12:23
Bu gün, 12:15
31-10-2025, 19:59
31-10-2025, 19:49
31-10-2025, 11:50
31-10-2025, 11:46
31-10-2025, 11:36
30-10-2025, 17:21
30-10-2025, 16:29
30-10-2025, 16:03
30-10-2025, 12:16
30-10-2025, 12:05
30-10-2025, 11:57
30-10-2025, 11:39
30-10-2025, 11:34
30-10-2025, 11:23
29-10-2025, 23:10
29-10-2025, 20:45
29-10-2025, 20:29
29-10-2025, 19:56
29-10-2025, 16:18
29-10-2025, 16:14
29-10-2025, 16:08
29-10-2025, 16:02
29-10-2025, 12:08
29-10-2025, 12:00
29-10-2025, 11:56
29-10-2025, 11:50
29-10-2025, 08:35
29-10-2025, 08:13
29-10-2025, 00:17
28-10-2025, 22:47
28-10-2025, 22:23
28-10-2025, 19:52
28-10-2025, 18:11
28-10-2025, 17:35
1 2 3 4 5 6 7 8 9 10 ... 978