Sumqayit.tv rus mediasına istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin Moskva üzrə İstintaq Baş İdarəsinin nümayəndəsi Yuliya İvanova iyulun 12-də jurnalistlərə bildirib.
Onun sözlərinə görə, İsmayılov 2013-cü ildən başlayaraq 7 il ərzində “qanuni oğru” olub. Ona qarşı “cinayətkar ierarxiyada ən yüksək vəziyyətdə olmaq” maddəsi üzrə cinayət işi başlanılıb.
Bildirilib ki, İsmayılov 2009-cu il mayın 13-də Moskvada İzmayılov şosesində yerləşən kafedə iki nəfərin qətlə yetirilməsində iştirakda şübhəli bilinir.