Tarixi əşyaların Azərbaycandan çıxarılmasının qarşısı alındı - FOTOLAR

Azərbaycan gömrükçüləri tarixi əhəmiyyət daşıyan xeyli miqdarda predmetin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən  Sumqayit.tv verilən xəbərə görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyədən Rusiya Federasiyasına gedən "Mercedes-Benz" markalı yük avtomobili saxlanılıb.
Yük nəqliyyat vasitəsinə gömrük baxışı zamanı avtomobilin kabinəsi və qoşqusunun ayrı-ayrı yerlərində gizlədilən cəmi 15 ədəd polietilen bağlama aşkar edilib.
Həmin bağlamalara baxış nəticəsində isə üzərində müxtəlif simvol və heroqlif olan 4 ədəd qızıl sikkə, üzərində müxtəlif simvol və heroqlif olan 20 ədəd gümüş sikkə, bürüncdən hazırlanan - üzərində şamdan simvolu olan 18 ədəd kulon, eləcə də xaça bənzər 22 ədəd kulon, üzərində simvol olan kubşəkilli 5 ədəd predmet, üzərində simvol olan 4 ədəd çoxbucaqlı predmet, üzərində simvol olan 1 ədəd səkkizbucaqlı predmet, üzərində müxtəlif simvollar olan 280 ədəd dördbucaqlı predmet və nəhayət, üzərində müxtəlif simvol və heroqlif olan 10.800 ədəd dairəvi şəkilli mis aşkara çıxarılıb.
Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının rəyinə əsasən təqdim olunan predmetlər bizim eranın əvvəlləri və orta əsrlərə məxsus, Roma imperiyası və Bizans imperiyası dövrünə aid olub, tarixi, bədii, muzey, etnoqrafik arxeloji əhəmiyyət kəsb edir.




29-06-2022, 12:47 187

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102