"Sumqayıt"ın sabiq hücumçusu Momo Yansane Ermənistanın "Pünik" klubuna transfer olub.
Sumqayit.tv xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı qvineyalı futbolçu ilə 6 ay +1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, M.Yansane keçən ilin qış transfer pəncərəsində "Sumqayıt"a transfer olunmuşdu. Yay transfer dönəmində "Sumqayıt"dan ayrılan hücumçu bu müddət ərzində 14 oyuna çıxıb və bir qol vurub./Oxu.az





Dünən, 12:40
4


















