Noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qətər beynəlxalq yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Litvadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Donatas Rumşas
Baş hakimin köməkçiləri: Aleksandr Radius, Dovidas Sujiedelis
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan)