Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində aprelin 7-də Bosniya və Herseqovina və 12-də Danimarka komandalarına qarşı keçirəcək oyunların stadionu və başlama vaxtı məlum olub. Bosniya və Herseqovina ilə oyun saat 17:00-da Sarayevodakı “Grbavica” stadionunda, Danimarka ilə qarşılaşma saat 20:00-da Viborqdakı “Viborq” stadionunda keçiriləcək.