Sumqayıt Apellyasiya Məhkəməsi Xırdalan Şərab Zavodu ilə bağlı qərarı ləğv etdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Xırdalanda fəaliyyət göstərən şərab zavodu “A+CO” Açıq Səhmdar Cəmiyyətinə (ASC) cərimə yazıb.

Sumqayit.tv xəbər verir ki, şirkətə məxsus yük daşıması yerinə yetirən “İsuzu” markalı  avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, sürücüsünün isə tibbi müayinədən keçməməsi aşkar edilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə “A+CO” şirkəti İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 manat məbləğində cərimə təyin olunub.

Qərardan narazı qalan şirkətin direktoru Xanoğlan Qasımov apellyasiya şikayəti verib. O, Abşeron Rayon Məhkəməsinin qərarının ləğv edilməsini və ASC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilib, Abşeron Rayon Məhkəməsinin qərarı ləğv edilib.

Qeyd edək ki, Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ASC 1997-ci ildə MMC kimi təsis edilib. Şirkət şərab, konyak və digər alkoqollu içkilər istehsal edir. Şirkət həmçinin "Full" enerji içkisinin istehsalı ilə məşğul olur. /yurd.media


15-01-2026, 15:04 118

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102