Yumurta rekord həddə ucuzlaşır: Səbəblər açıqlandı

Azərbaycanda yumurta bazarında son günlər müşahidə olunan qiymət enişi diqqət çəkir. Bir neçə ay əvvəl bahalaşan məhsul hazırda əks tendensiya nümayiş etdirir. Mütəxəssislər hesab edirlər ki, yay aylarında tələbatın azalması və bazarda məhsul bolluğu qiymətlərin sabit qalmasına, hətta daha da ucuzlaşmasına səbəb ola bilər.

Sumqayit.tv "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, qiymətlərin aşağı düşməsinin əsas səbəbi tələbatın azalması deyil, bazarda təklifin tələbi üstələməsidir. Onun sözlərinə görə, isti hava şəraiti yumurtanın saxlanılması ilə bağlı riskləri artırdığı üçün istehsalçılar məhsulu daha aşağı qiymətə satmağa üstünlük verirlər. Ekspert xəbərdarlıq edib ki, uzunmüddətli ucuzlaşma istehsalçıların zərərlə işləməsinə, gələcəkdə isə istehsalın azalaraq qiymətlərin yenidən bahalaşmasına səbəb ola bilər.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli isə bildirib ki, hazırda ölkədə yumurta istehsalı daxili tələbatı xeyli üstələyir. Onun sözlərinə görə, fərdi təsərrüfatlarda məhsuldarlığın artması, sənaye müəssisələrinin istehsalı genişləndirməsi, ixracın zəifləməsi və məktəblərin bağlanması nəticəsində tələbatın azalması qiymətlərin enməsinə təsir göstərib.

M.Həsənli qeyd edib ki, yay aylarında yumurtanın qiyməti bəzi hallarda 10-12 qəpiyə qədər enə bilər. Bununla yanaşı, o bildirib ki, bu vəziyyət uzunmüddətli olmayacaq və sentyabr ayından etibarən bazarda qiymətlərin yenidən

tarazlaşacağı gözlənilir.

Assosiasiya sədrinin sözlərinə görə, hazırda bir ədəd yumurtanın orta maya dəyəri təxminən 12 qəpikdir. Ölkədə gündəlik istehlak təxminən 4 milyon ədəd olduğu halda, istehsal 6 milyon ədədə yaxınlaşır ki, bu da bazarda məhsul bolluğu yaradaraq qiymətlərin aşağı düşməsinə səbəb olur.


28-06-2026, 16:12 69

Digər xəbərlər

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1102