İstanbulda “Türkiyə - Türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” keçirilib


Noyabrın 11-də İstanbulda postsovet məkanındakı türkdilli dövlətlərin müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş “Türkiyə - Türk dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı” keçirilib. Tədbirdə türkdilli ölkələrin nazirləri, iş adamları, startapçılar iştirak ediblər.

Sumqayit.tv xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirin türkdilli dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-tranzit, investisiya, “yaşıl” və dairəvi iqtisadiyyat, iqlim dəyişikliyinin qarşısının alınması, rəqəmsallaşma və müasir tələblərə cavab verən insan resurslarının formalaşdırılması üzrə tərəfdaşlığın inkişafı baxımından faydalı olacağını vurğulayıb. Postsovet məkanındakı türkdilli dövlətlərin müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbriklərini çatdıran iqtisadiyyat naziri əlaqələrin genişlənməsində ortaq tarix, mədəniyyət və dəyərlərin, ölkələrimizin təmsil olunduğu təşkilatların, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının önəmini qeyd edib. Bildirilib ki, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması kimi təşəbbüslər iqtisadi-ticarət əməkdaşlığının inkişafına əhəmiyyətli töhfə verə bilər. Qeyd olunub ki, 2021-ci ilin 9 ayında Azərbaycanın türkdilli ölkələrə qeyri-neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artaraq, ölkəmizin qeyri-neft ixracının 28 faizini təşkil edib. İndiyədək Azərbaycan iqtisadiyyatına türkdilli ölkələr tərəfindən 13,3 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb. Vurğulanıb ki, türkdilli ölkələr arasında ticarət sahəsində mövcud məhdudiyyətlərin aradan qaldırılması məqsədilə iş aparılır.
Konfransda Azərbaycanın müstəqilliyinin bərpasından ötən dövrdə həyata keçirilən islahatlar, yaradılmış əlverişli investisiya və biznes mühiti, 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, müstəqillik illərində ölkə iqtisadiyyatına  300 mlrd. ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da yarıdan çoxu xarici sərmayələrdir. Cənubi Qafqaz iqtisadiyyatının təqribən 60 faizi Azərbaycanın payına düşür. Azərbaycanın Vətən müharibəsində böyük Zəfərini vurğulayan nazir azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, regional infrastruktur layihələrini qeyd edib. Vurğulanıb ki, Qarabağa böyük Qayıdış üçün həyata keçirilən işlər, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngəzur dəhlizi regiona biznes və investisiya marağını artırır, türkdilli dövlətlər üçün yeni əməkdaşlıq imkanları yaradır.
Nazir qeyd edib ki, Azərbaycan Qarabağda həyata keçirilən layihələrə dost ölkələrdən investisiya cəlb olunmasında maraqlıdır və türkdilli ölkələrin bu prosesdə birgə iştirakı ümumi gücümüzü artırmaqla, regional tərəfdaşlığı və stabilliyi daha da gücləndirəcəkdir. Azərbaycan nəqliyyat-tranzit imkanlarının daha da artırılması istiqamətində məqsədyönlü iş aparır və türkdilli ölkələrlə bu sahədə qarşılıqlı faydalı tərəfdaşlıq önəm kəsb edir. Bu baxımından, Konfrans əhəmiyyətli platformadır.
Tədbir çərçivəsində panel iclaslar keçirilib, türkdilli ölkələr arasında ticarət, kiçik və orta biznes, investisiya, tranzit daşımaları sahəsində əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Konfransda Özbəkistanın Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov, Türkiyənin ticarət naziri Mehmet Muş, Qazaxıstanın milli iqtisadiyyat naziri Aset İrgaliyev, Qırğız Respublikasının iqtisadiyyat və ticarət naziri Daniyar Amangeldiyev, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının prezidenti Nail Olpak, Türk Ticarət və Sənaye Palatasının prezidenti Rifat Hisarcıklıoğlu çıxış ediblər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev isə Konfrans iştirakçılarına videomüraciət edib.
Tədbir çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov  və Türkiyənin ticarət naziri Mehmet Muş arasında görüş keçirilib. 
İqtisadiyyat naziri ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlığı, qardaş Türkiyə ilə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrini, Türkiyənin ölkəmizə daimi siyasi və mənəvi dəstəyini vurğulayıb. Bildirilib ki, Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış və aprelin 1-dən qüvvədə olan Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə əlavə imkanlar yaradır. Türkiyə iş adamlarının Azərbaycana sərmayə yatırmaq marağının artması sevindiricidir və Azərbaycan bu sahədə Türkiyə şirkətlərini dəstəkləyir.
Türkiyənin ticarət naziri Mehmet Muş ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə nəqliyyat-tranzit, sənaye, özəl sektor və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri qeyd olunub, iqtisadi tərəfdaşlığın gücləndirilməsi, bu ilin dekabrında Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun keçirilməsi, azad olunmuş ərazilərdə həyata keçirilən layihələrdə Türkiyə şirkətlərinin fəal iştirakı barədə müzakirələr aparılıb.
prevnext


12-11-2021, 13:57 159

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903