Yaşıl yem konteyneri qurğusu, aqro-robot və aqrodronlar nümayiş etdirilib



Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun ərazisində “Yaşıl yem istehsalı kompleksi” layihəsinin icrası əsasında yaşıl yem konteyneri qurğusunun nümayişi keçirilib. Tədbirdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, qurğunu istehsal edən şirkət və 100-dən artıq fermer iştirak edib.

Sumqayit.tv xəbər verir ki, təqdimat zamanı heyvandarlıq sahəsində yemə olan tələbatın ödənilməsi məqsədilə bütün növ təsərrüfatlar üçün optimal olan yaşıl yem istehsalı qurğusunun kənd təsərrüfatında əhəmiyyəti və fermerlərə qazandıra biləcəyi imkanlar barədə məlumat verilib. Yem konteyneri ekoloji təmiz hidroponika üsulu ilə heyvandarlıq sahəsi üçün yaşıl yem istehsal edən qurğudur. Yaşıl hidropon yem - heyvanlarda süd, ət və yumurtanın kəmiyyət və keyfiyyətini artırır, eləcə də heyvanlarda immunitet sistemini gücləndirməklə onların bir çox xəstəliyə yoluxma ehtimalını minimuma endirir. Bu sistem vasitəsilə yüksək cücərmə əmsallı dəndən heç bir gübrə tətbiq etmədən təsərrüfatın ölçüsündən asılı olaraq gündəlik minimum 50 kq, maksimum 20 ton yaşıl yem əldə etmək mümkündür. Yaşıl hidropon yem əsas yem kimi heyvandarlıq kompleksində istifadə edilərək il boyu yemlə təmin olunma səviyyəsini əhəmiyyətli dərəcədə artıraraq ət-süd məhsullarının maya dəyərini xeyli azaldacaq. Bu baxımdan yaşıl yemin tətbiqinə qismən və ya tam keçid heyvandarlıq sahəsində ət-süd məhsulları istehsalının həcminin və keyfiyyətinin artırılması üçün səmərəli üsuldur.
Tədbirdə iri və xırdabuynuzlu heyvanlar, həmçinin ev quşlarının yem konteynerində istehsal olunmuş yaşıl yemlə yemlənməsi əyani şəkildə nümayiş olunub. Həmçinin, təqdimat zamanı müxtəlif təyinatlı aqro-robotlar və aqrodronların nümayişi keçirilib.
Yem konteynerinin və digər innovativ qurğuların ölkəmizin bir çox bölgələrində səyyar nümayişinin davam etdirilməsi və növbəti təqdimatın Şəki şəhərində keçirilməsi nəzərdə tutulur.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yaşıl yem konteyneri qurğusu, aqro-robot və aqrodronlar nümayiş etdirilib Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yaşıl yem konteyneri qurğusu, aqro-robot və aqrodronlar nümayiş etdirilib Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yaşıl yem konteyneri qurğusu, aqro-robot və aqrodronlar nümayiş etdirilib Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yaşıl yem konteyneri qurğusu, aqro-robot və aqrodronlar nümayiş etdirilib Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yaşıl yem konteyneri qurğusu, aqro-robot və aqrodronlar nümayiş etdirilib



15-11-2021, 10:48 248

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065