"Azərişıq" Sumqayıtda insanları "ələ salır" - 212 mənzili olan binadan ŞİKAYƏT


Bir müddət öncə Sumqayit.tv-nin redaksiyasına daxil olan işıq problemi haqda məlumat vermişdik.
Belə ki, Sumqayıt şəhəri, 5-ci mkr, 8/12 saylı binanın sakinləri binaya normadan artıq elektrik enerjisinin verilməsinin fəsadlarına diqqət çəkib. Onlar nəticə olaraq tez-tez elektrik avadanlıqlarının sıradan çıxdığını deyir. Belə ki, normaya uyğun  220 volt verilməli olduğu halda, 240-247 volt verilir. Nəticədə elektrik avadanlıqları xarab olur, əlavə xərcə düşürlər. Hətta bina sakinlərindən biri sıradan çıxan soyuducunun təmirinə görə 150 manat pul xərcləməli olub. Hər halda, israf olunan elektrik enerjisi dövlət büdcəsinə də ziyandır. Bina sakinləri 2020-ci ildə bununla bağlı Azərişıqa məktub ünvanlayıb. Amma bu günə qədər Azərişıq məsələyə ciddi yanaşmır. Ara yerdə elektrik enerjisi israf olunur, üstəlik, problem də həll olunmur. Artıq 3 ildi şikayət yazmağımıza rəğmən, 212 mənzili olan binanın problemi həll olunmur. Birinin soyuducusu yanır, birinin paltaryuyan maşını. Bəs bunun pulunu kim ödəyəcək?
Bugünlərdə isə eyni binadan daha bir şikayət daxil olub. İxtisasca elektrik olan Mais Ramixanov bildirir ki, evdə işlənilən tozsoran, ardınca isə  Redmi markalı mobil telefon yanaraq sıradan çıxıb.
Bu hadisədən sonra əraziyə "Azərişıq"ın əməkdaşları gəlib. Problemi həll edəcəklərini deyərək narahatçılığa əsas olmadığını vurğulayıblar. Amma hadisənin üstündən 10 gün keçməsinə baxmayaraq problem həll olunmayıb. Bəs sıradan çıxıb xarab olan tozsoran, soyuducu və telefona görə kim məsuliyyət daşıyır ?! Bundan sonra sıradan çıxacaq texniki avadanlıqlara görə, yanğına, qəzaya görə məsuliyyət kimin üzərində qalacaq?! Belə çıxır ki, "Azərişıq" insanları ələ salır ?!
P.S.Cənab prezident İlham Əliyev dəfələrlə çıxışları zamanı "xalqa xidmət edin" deyə göstəriş verir. Belə çıxır Azərişıq bu sözlərdən nəticə çıxarmaq istəmir ?!


15-11-2022, 12:56 354

Digər xəbərlər

Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi: sakinlər kömək istəyir - VİDEO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda sərnişin avtobusunda ölüm hadisəsi baş verib

İlham Əliyev İrəvandakı tədbirdə onlayn çıxış etdi

Sumqayıtda aprel ayında temperatur 21 gün normadan yüksək olub

Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb

Sumqayıtda fəhlə faciəli şəkildə həyatını itirdi - VİDEO

Sumqayıtlı şagird dünya səviyyəli uğura imza atdı – TOP universitetlərdən qəbul aldı

Nazir Sumqayıt sakinlərini qəbul edəcək – tarix açıqlandı

29 mindən çox şagird Azərbaycan dili imtahanı verdi

Sumqayıt-Pirşağı yolunda təhlükəli anlar – maşın çuxura düşdü

Sarayda qohumunu amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDU

“Sumqayıt” səfərdə uduzdu – oyun penaltilərlə həll olundu

Sumqayıtda avtobus sürücüsü qaydanı pozdu – cəzalandırıldı

FƏXRİMİZ: Dünya birincisi olan azərbaycanlı gənc - FOTO

Bakı-Sumqayıt yolunda yanğın: mebel sexləri od tutdu - VİDEO

Çerkassi küçəsində təhlükə böyüyür: yol çöküb, kanalizasiya da partlayıb

Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi Sumqayıtda başa çatacaq

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

Sumqayıt Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1047
Dünən, 17:37
Dünən, 17:16
Dünən, 14:43
Dünən, 14:30
Dünən, 14:23
Dünən, 10:10
Dünən, 10:05
3-05-2026, 15:47
3-05-2026, 12:56
3-05-2026, 12:42
2-05-2026, 20:35
2-05-2026, 19:50
2-05-2026, 19:44
2-05-2026, 16:18
2-05-2026, 12:29
2-05-2026, 11:33
2-05-2026, 08:50
1-05-2026, 21:00
1-05-2026, 20:48
1-05-2026, 18:19
1-05-2026, 15:25
1-05-2026, 15:07
1-05-2026, 10:22
1-05-2026, 10:21
1-05-2026, 10:05
30-04-2026, 19:55
30-04-2026, 14:25
30-04-2026, 14:18
30-04-2026, 14:15
30-04-2026, 13:28
30-04-2026, 13:22
30-04-2026, 13:10
30-04-2026, 13:06
30-04-2026, 12:59
30-04-2026, 12:49
30-04-2026, 10:34
30-04-2026, 10:30
30-04-2026, 08:57
29-04-2026, 22:52
29-04-2026, 22:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1047