Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnamə tənqidlə qarşılandı



“Fransa Senatı 15 noyabr 2022-ci il tarixli qətnamə ilə qərəzli mövqeyini bir daha nümayiş etdirdi. Bu qətnamə son iki ildə Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi üçüncü sənəddir".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Kamran Bayramov deyib.
Deputat bildirib ki, Fransa Senatının ötən gün qəbul etdiyi sənəd erməni lobbisinin birbaşa məhsuludur:
"Bu da o deməkdir ki, ölkəmizə qarşı bu cür addımlar məqsədli xarakter daşıyır, onun xarici siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu açıq-aşkar göstərir. Özünü demokratiyanın beşiyi hesab edən, azadlıq, bərabərlik və qardaşlıq ideyalarını guya təbliğ edən, öz tarixində onlarla dövləti işğal edən və öz müstəmləkinə çevirmiş Fransa bu gün bizə suverənlik, müstəqillik, beynəlxalq hüquqa hörmət dərsi keçməyə cəhd edir".
Deputat Tural Gəncəliyev bildirib ki, Fransa beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atır. O qeyd edib ki, Fransanın bu addımı regionda dayanıqlı sülhün yaradılmasına ciddi zərbə vurur:
"Belə bir sənəd Ermənistanda revanşist qüvvələrə imkan yaradır. Fransa Senatında oturan yeni Napoleonlar unutmamalıdır ki, Azərbaycanla bu dildə danışmaq olmaz. Fransa Senatının qətnaməsinin dili olduqca absurddur. Azərbaycan öz ərazisindən öz ordusunu necə çıxara bilər?! Çox yaxşı olar ki, Senat belə sənədləri qəbul etməzdən əvvəl Sarbonna Universitetindən bir hüquq tələbəsi çağırıb məsləhət alsın”.
Çıxış edən digər deputatlar da Fransa Senatının ötən gün qəbul etdiyi qətnaməni tənqid ediblər.
Unikal

16-11-2022, 12:45 153

Digər xəbərlər

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1101