“Azərbaycanda qida və ərzaq məhsullarına tətbiq edilən əlavə dəyər vergisi dondurulmalıdır”. Milli Məclisin iclasında deputat Fəzail Ağamalı belə təkliflə çıxış edib.
Millət vəkili qeyd edib ki, həmin məhsullar üçün ƏDV aradan qaldırılsa, bu, əhalinin sosial rifahına da müsbət təsir göstərəcək.
Deputat uşaq pulunun bərpa edilməsini də vacib saydığını bildirib.
“Mən təklif edirəm ki, ünvanlı sosial yardım uşaq puluna transfer edilsin. Ünvanlı sosial yardım uşaq pulu kimi verilməli və bu məsələyə birdəfəlik son qoyulmalıdır”, - deyə Fəzail Ağamalı əlavə edib.
Oxu.az