ABŞ-ın müdafiə naziri Lloyd Ostin İndoneziyada keçirdiyi mətbuat konfransında Vaşinqtonun Kiyevə 20 milyard dollardan çox hərbi yardım etdiyini bildirib.Sumqayit.tv TASS-a istinadən xəbətr verir ki, Pentaqon rəhbərinin sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynaya "nə qədər lazımdırsa" kömək etməyə davam edəcək.
Bundan əvvəl Ostin bildirib ki, Ukraynadakı münaqişənin nəticəsi XXI əsrdə dünyada təhlükəsizlik sahəsində müəyyənedici amillərdən biri olacaq.
Hazırda Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir.