İsrailin Azərbaycandakı səfiri Corc Dik rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarı ilə bağlı maraqlı paylaşım edib.O, bu barədə tviterdə Azərbaycanın bir neçə milli yeməyinin adını çəkib və onlar arasından hansını seçməklə bağlı məsləhət istəyib.
“Azərbaycanın İsraildə səfirlik açmaq qərarını ənənəvi Azərbaycan yeməyi ilə qeyd etmək qərarına gəldik. Amma hansı yeməklə qeyd edəcəyimzi razılaşdıra bilmirik. Düşbərə və dolma, şah plov və balıq ləvəngisi, piti və yarpaq xəngəli, kabab”, - deyə səfir bildirib.