“Bu ilin iyul ayında biz qaz təchizatının iki dəfə artırılması üçün Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalamışıq və burada potensial mövcuddur”.AZƏRTAC xəbər verir ki, bu fikri Prezident
İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, qarşıdakı illərdə istifadəyə veriləcək yeni qaz yataqları, enerji şirkətimiz olan SOCAR-da aparılan ciddi islahatlar, yeni korporativ idarəetmə, şəffaflıq və səmərəlilik bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq.