Cüdoçunu öldürən idmançının məşqçi atası danışdı

                               

Sosial şəbəkələrdə yazırlar ki, guya mənim pulum çoxdur, oğlumu həbsdən yayındıracağam. Bir qisim insan da yazır ki, həyatını itirən uşağın atası məhkəmə işçisidir, oğlumun ağır cəza almasına çalışacaq. Əvvəla, onun atası taksi sürücüsüdür, mən də quru maaşa işləyən bir məşqçiyəm. Məşqçinin aylıq maaşdan başqa hansı imkanları ola bilər?!
Sumqayit.tv xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında 16 yaşlı cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan idmançı Ruslan Səfixanovun atası, əməkdar məşqçi Elçin Səfixanov deyib.
O, hadisə zamanı özünün orada olmadığını bildirib:
“Oğlum həmin vaxt ora özündən aşağı yaş qruplarının yarışını izləməyə gedib. Özü dekabr ayında güləşəcəkdi. Kolbasa alıblar ki, oturub bir tikə yesinlər. Doğramaq üçün bıçaq olmayıb və gedib yaxınlıqdan 3 manata bıçaq alıb gətiriblər. Yedikdən sonra tələsib ki, getsin özündən kiçik olan dostunun yarışını izləsin. Deyilənə görə, yol istəyib, qarşı tərəf narazılıq edib və nəticədə əlbəyaxa olublar. Sonu da belə… Vallah, övladım olduğu üçün demirəm, Ruslan belə uşaq deyildi”.
E.Səfixanov mərhum yeniyetmənin ailəsi ilə görüşə bilmədiyini deyib:
“Çox istəyərəm, o ailə ilə görüşüm, amma indi bu, mümkün deyil. Kaş belə olmazdı. Allah şahiddir, bilsəm ki, mən ölsəm, onların övladları diriləcək, deyərəm, gəlin məni öldürün, təki övladınız geri qayıtsın. Kaş mən ölərdim, bu günü görməzdim. Elə bilirəm ki, mənim də oğlum ölüb. Bu mənim ailəmdə ola biləcək bir hal deyildi.
Hər iki gəncin həyatı puç oldu. Mənim də bir valideyn kimi arzularım var idi: oğlum akademiyada təhsil alırdı, sevinirdim ki, gələcəkdə güc strukturunda işləyəcək, dövlətə, xalqa faydası toxunacaq. Bütün arzularımı ürəyimdə saxladı. Elə qarşı tərəfin də bütün arzuları puç oldu. Kaş mən ölərdim, amma bu məqamı görməzdim. Bu qismətlə nə razılaşıram, nə də barışıram. Belə olmalı deyildi. O biri ailə indi hansı vəziyyətdədir, Allah bilir. Bu elə bir dərddir ki, izahı yoxdur. Mənim də, ölən uşağın valideynlərinin də bütün həyatı bitdi. Allah heç kimə bala dərdi verməsin. Arzularını üzərində qurduğun övlad belə edirsə, necə rahat yaşamaq olar? O mənim sonbeşiyim idi. Mən onu zülmlə, alın tərimlə böyütmüşəm”.
Elçin Səfixanov onun ailəsini sosial şəbəkələrdə təhqir edənlərə səslənib:
“Bizi təhqir edib, haqqımızda hər sözü yazırlar. Xahiş edirəm ki, məni də, ailəmi də soruşub, araşdırın. Görün, bir insan bizim ailəmiz haqqında mənfi söz deyəcəkmi?! Ömür boyu ailəmə halal çörək yedirmişəm. Bu hadisə məni dərindən sarsıtdı, hələ də özümə gələ bilmirəm".

28-11-2022, 18:27 409

Digər xəbərlər

Bakı Musiqi Akademiyasında İlkin Dövlətov gecəsi

“Yeni Üfüq” gənclərə peşə və ümid qazandırdı - FOTO

Sumqayıtda WUF13-ə həsr olunan məlumatlandırma sessiyası keçirilib - FOTO

Sumqayıtda əlillər üçün ayrılmış parklanma yerinə zibil konteynerləri qoyulduğu iddia edilir-FOTO

Sumqayıtda Qurban bayramı üçün satış və kəsim məntəqələri müəyyənləşdirildi

Bakı və Sumqayıtda narkokuryerlik edən şəxslər saxlanılıb - VİDEO

Sumqayıtda may ayının pensiyaları bu tarixdə ödəniləcək

Bakı və Sumqayıtın bəzi ərazilərində iki günlük su kəsintisi olacaq

Sumqayıtdan Bakıya metro ilə rahat çıxış üçün yeni mərhələ: gələcək planlar açıqlandı

Sumqayıt Dram Teatrında “Xilaskar qurbağa” tamaşasının məşqlərinə başlanılıb

Qazaxıstan universitetinin nümayəndə heyəti SDU-da akademik mübadilə proqramında iştirak edir-FOTOLAR

DİM imtahanları Sumqayıtda da keçiriləcək

Sumqayıtda WUF13 forumu ilə bağlı maarifləndirici tədbir keçirildi

Azərbaycanda insan alveri ilə bağlı rəqəmlər açıqlandı – Sumqayıt da siyahıda var

Britaniya hökumətində növbəti istefa – Nazir vəzifəsindən ayrıldı

Sumqayıtda uşaq bağçasında mərmiyə bənzər əşyalar aşkarlandı

Füzulinin Qoçəhmədli kəndində illər sonra simvolik kənd toyu keçirildi - FOTOLAR

Sumqayıtda yeni müasir avtobus dayanacaqlarının quraşdırılmasına başlanılıb - FOTOLAR

Yaşıldərədə yeni park sakinlərin sevincinə səbəb oldu – vətəndaşlar yolun davamının da təmirini istəyir - VİDEO

Sumqayıtda paltaryuyan maşın yanğına səbəb olub

1 2 3 4 5 6 7 8 9 10 ... 1051
Bu gün, 19:59
Bu gün, 16:53
Bu gün, 16:20
Bu gün, 16:03
Bu gün, 15:19
Bu gün, 15:10
Bu gün, 15:05
Bu gün, 14:56
Bu gün, 11:19
Bu gün, 11:15
Bu gün, 10:58
Bu gün, 10:45
Dünən, 20:53
Dünən, 19:56
Dünən, 18:01
Dünən, 11:57
11-05-2026, 22:32
11-05-2026, 22:04
11-05-2026, 20:26
11-05-2026, 14:23
11-05-2026, 13:24
11-05-2026, 13:21
11-05-2026, 11:51
11-05-2026, 11:33
11-05-2026, 09:02
11-05-2026, 08:54
11-05-2026, 08:49
11-05-2026, 08:46
11-05-2026, 06:38
10-05-2026, 17:18
10-05-2026, 17:11
10-05-2026, 16:53
10-05-2026, 14:45
10-05-2026, 10:53
10-05-2026, 10:38
9-05-2026, 08:49
8-05-2026, 23:38
8-05-2026, 22:23
8-05-2026, 22:19
8-05-2026, 22:02
1 2 3 4 5 6 7 8 9 10 ... 1051