Sumqayıtın idmançı şəhidi yad edildi

Bu gün (red-dünən) 27.09.2020-ci ildə başlayan Vətən müharibəsi zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Təhməzov Pərvin İlqar oğlunun şəhadətə ucaldığı gün qeyd olunub
Sumqayit.tv xəbər verir ki, Təhməzov Pərvin İlqar oğlu 22.01.1997-ci il tarixində Sumqayıt şəhərində dünyaya gəlib. 1 yaşından 7 yaşına qədər Sumqayıt şəhər 64 saylı məktəbəqədər uşaq bağçasına gedib. Orta təhsilini Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam orta məktəbdə alıb. İdmana marağı olan Pərvin 9 yaşından 17 yaşına kimi cüdo ilə məşğul olub, bu müddətdə təşəkkürnamələr, fəxri fərmanlar, kürsü medalları və kuboklar qazanıb. Məktəbi bitirdiyi il Qərbi Kaspi Universitetinin Filologiya üzrə ingilis dili fakültəsinə qəbul olur. Ali təhsilin başa vurduqdan sonra 13.07.2020-ci ildə hərbi xidmətə gedir, Goranboy rayonunun Aşağı Ağca kəndindəki N saylı hərbi hissəsində xidmətə başlayır. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılır. Azərbaycan Ordusunun əsgəri olan Pərvin Təhməzov 27.09.2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Pərvin Təhməzov oktyabrın 1-də Ağdərə döyüşləri zamanı şəhid olub, nəşi isə naməlum istiqamətdə qalıb. Dekabrın 7-də onun nəşi tapılaraq ailəsinə təhvil verilir və elə həmin gün Sumqayıt şəhərində dəfn olunub. 
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Təhməzov Pərvin ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 
Ruhun şad olsun, Vətənimizin mərd oğlu!
Jurnalist: Vəsiqə DADAŞOVA



8-12-2022, 14:10 447

Digər xəbərlər

Sumqayıtda sakinlər metaləritmə zavodundan şikayətçidirlər: "Havanı zəhərləyir" - FOTO

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirdi: Sumqayıt üçün yeni əməkdaşlıq imkanları

Yumurta rekord həddə ucuzlaşır: Səbəblər açıqlandı

Hakim olmaq istəyənlərə şad xəbər: Yeni təyinatlar davam edir

 Sabah Sumqayıtda hava necə olacaq?

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 21:20
Bu gün, 16:36
Bu gün, 16:12
Bu gün, 15:08
Bu gün, 15:00
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
1 2 3 4 5 6 7 8 9 10 ... 1068