Sumqayıt sakininin 20 minlik maşın nömrəsini oğurladılar


Bir neçə gün əvvəl Sumqayıt şəhər sakini S.Baxşəliyevin avtomobilinin dövlət qeydiyyat nişanlarından biri oğurlanıb.
Sumqayit.tv
xəbər verir ki, "Qafqazinfo”ya müraciət edən şikayətçi bildirib ki, maşını yaşadığı binanın qarşısında saxlayıbmış.
S.Baxşəliyevin sözlərinə görə, dövlət qeydiyyat nişanının ona məxsus olmasını təsdiq edən sənədləri olsa da, nömrəsini bərpa edə bilmir: "Hadisə bu il dekabrın 3-ü baş verib. 4 dekabr saat 09:45 də yaşadığım Sumqayıt şəhəri, 18-ci mikrorayon 7 saylı binanın qarşısına - həyətə düşdüm, gördüm maşının arxa nömrəsi (10-LK-777 dövlət qeydiyyat nişanı -red.) yoxdur. Dərhal DİN-in "102” xidmətinə məlumat verdim, məni Sumqayıt şəhər 1-ci polis bölməsinə dəvət edib, ərizəmi aldılar. Nömrə mənim öz adımadır, bu barədə qanunla nəzərdə tutulmuş müvafiq sənədlər var. Lakin dəfələrlə DİN-in müvafiq qurumlarına müraciət etsəm də, nə nömrə tapılır, nə də nömrəmi bərpa edirlər”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli açıqlamasında itkin və ya oğurlanmış nömrə tapılmadığı təqdirdə onun bərpa edilmədiyini bildirib: ""Yol Hərəkəti Haqqında” Qanunun 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, dövlət qeydiyyat nişanı itmiş və ya oğurlanmış nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanının alınması üçün bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İtmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda, həmin dövlət qeydiyyat nişanı ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam vermək hüququ olan digər şəxsə təklif edilir”.
DYP rəsmisi əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır, 60 manat cərimə edilir və həmin xətalar 4 balla qiymətləndirilir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da "Qafqazinfo”ya açıqlamasında bu məsələ ilə bağlı qanunvericilikdə boşluğun olduğunu deyir: "Təəssüflər olsun ki, qanunvericilikdə nömrələrin dublikat olunması məsələsi öz əksini tapmayıb. "Yol Hərəkəti Haqqında” Qanun 1998-ci ildə qəbul olunub. O vaxt qanuna belə bir müddəa əlavə edilib ki, itirilmiş, oğurlanmış nömrə 1 ay ərzində tapıldıqda ilk növbədə sahibinə təqdim edilsin. Əgər sahibi istəməsə, nömrə başqasına verilə bilər. O dövrdən indiyədək xeyli vaxt keçib, nə qədər inkişaf var. Lakin yenə də bizim qanunda hər hansı dəyişiklik edilməyib və insanlar da bundan əziyyət çəkir. Vətəndaşa məxsus olan və 10 seriyası ilə başlayan nömrə bahalı nömrə hesab olunur, 10-20 min manat arası qiyməti var. Bu gün bu nömrəni kimsə fiziki olaraq əldə sata bilər, çünki DYP-də bu nömrə artıq yoxdur. Təklif edərdim ki, qanunvericilikdə bu məsələ nəzərə alınsın.
Təsəvvür edin, kimsə qanunvericiliklə nəzərdə tutulmuş 3 min manatı və ya əldən kiməsə 30-40 min manat bahalı nömrə alıb maşınına bağlayır. Sonra kimsə gəlib həmin nömrəni açıb aparır, oğurlayır. Nəticədə vətəndaşa böyük ziyan dəyir, nömrəni bərpa etmək də mümkün olmur. Bu mövzuda polisi qınamaq da olmur, onlar qanuna əsaslanırlar. Qanunda göstərilir ki, 1 ay ərzində tapılsa, nömrə sahibinə qaytarılacaq, amma praktikada bu hal çox azdır. Məsələ ilə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var. Əslində bahalı nömrələr hərrac yolu ilə satılmalıdır və dəfələrlə təklif etmişəm ki, bahalı nömrələr itdikdə və ya oğurlandıqda onun dublikatı verilməlidir. Lakin bu məsələlər hələ də açıq olaraq qalır”.

20-12-2022, 12:52 181

Digər xəbərlər

Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi: sakinlər kömək istəyir - VİDEO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda sərnişin avtobusunda ölüm hadisəsi baş verib

İlham Əliyev İrəvandakı tədbirdə onlayn çıxış etdi

Sumqayıtda aprel ayında temperatur 21 gün normadan yüksək olub

Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb

Sumqayıtda fəhlə faciəli şəkildə həyatını itirdi - VİDEO

Sumqayıtlı şagird dünya səviyyəli uğura imza atdı – TOP universitetlərdən qəbul aldı

Nazir Sumqayıt sakinlərini qəbul edəcək – tarix açıqlandı

29 mindən çox şagird Azərbaycan dili imtahanı verdi

Sumqayıt-Pirşağı yolunda təhlükəli anlar – maşın çuxura düşdü

Sarayda qohumunu amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDU

“Sumqayıt” səfərdə uduzdu – oyun penaltilərlə həll olundu

Sumqayıtda avtobus sürücüsü qaydanı pozdu – cəzalandırıldı

FƏXRİMİZ: Dünya birincisi olan azərbaycanlı gənc - FOTO

Bakı-Sumqayıt yolunda yanğın: mebel sexləri od tutdu - VİDEO

Çerkassi küçəsində təhlükə böyüyür: yol çöküb, kanalizasiya da partlayıb

Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi Sumqayıtda başa çatacaq

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

Sumqayıt Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1047
Bu gün, 17:37
Bu gün, 17:16
Bu gün, 14:43
Bu gün, 14:30
Bu gün, 14:23
Bu gün, 10:10
Bu gün, 10:05
Dünən, 15:47
Dünən, 12:56
Dünən, 12:42
2-05-2026, 20:35
2-05-2026, 19:50
2-05-2026, 19:44
2-05-2026, 16:18
2-05-2026, 12:29
2-05-2026, 11:33
2-05-2026, 08:50
1-05-2026, 21:00
1-05-2026, 20:48
1-05-2026, 18:19
1-05-2026, 15:25
1-05-2026, 15:07
1-05-2026, 10:22
1-05-2026, 10:21
1-05-2026, 10:05
30-04-2026, 19:55
30-04-2026, 14:25
30-04-2026, 14:18
30-04-2026, 14:15
30-04-2026, 13:28
30-04-2026, 13:22
30-04-2026, 13:10
30-04-2026, 13:06
30-04-2026, 12:59
30-04-2026, 12:49
30-04-2026, 10:34
30-04-2026, 10:30
30-04-2026, 08:57
29-04-2026, 22:52
29-04-2026, 22:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1047