ABŞ Şimali Koreyada yeni nüvə partlayışı və ya qitələrarası ballistik raketin sınağını gərginliyin ciddi şəkildə artması və təxribat kimi qiymətləndirəcək.Sumqayit.tv xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
“İstər ballistik raket sınağı, istərsə də nüvə sınağı - bu, ABŞ-ın çox ciddi qəbul edəcəyi kəskin bir eskalasiya olardı”, - deyə o bildirib.