Sumqayit.tv xəbər verir ki, şəhərdəki evlərin birində naməlum kişi meyiti tapılması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Məlumat əsasında həmin mənzilə baxış keçirilib. Meyiti tapılan şəxsin həmin evdə yaşayan 37 yaşlı Asif Mövsümov olduğu müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.