Şəhid Hüseyn Yusifovun şəhadətə ucaldığı gün qeyd olunub -Fotolar

Bu gün (r.e.d.-26.12.2022) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Yusifov  Hüseyn İsaq oğlunun şəhadətə ucaldığı gün qeyd olunub.
Sumqayit.tv
xəbər verir ki, şəhidimizin anım mərasimi Şəhidlər Xiyabanını ziyarətlə başlayıb. Sonra isə şəhərimizdə  fəaliyyət göstərən mərasim evlərinin birində ehsan süfrəsi verilərək davam edib. Məclisdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, qazilər və şəhid ailələri iştirak ediblər.
Qeyd edək ki, Hüseyn Yusifov 12.07.2002-ci il tarixində Ağstafa rayonunun Poylu kəndində dünyaya gəlib. 2009-cu ildə Ağstafa rayon Poylu kəndində yerləşən Sirəcəddin Məmmədov adına tam orta məktəbinə gedib. 2014-cü ildən isə təhsilini Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə davam etdirib. 2020-ci ildə Hüseyn orta məktəbi bitirib və hərbi xidmətə çağırılıb. 27.09.2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hüseyn Yusifov Suqovuşan və Ağdərə döyüşlərində savaşıb. 2020-ci il oktyabrın 2-də isə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 88 gün itkin düşmüş sayılan əsgərimizin nəşi dekabrın 26-da aşkarlanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yusifov Hüseyn ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Ruhun şad olsun, Şəhidim! 

Jurnalist:Vəsiqə DADAŞOVA












30-12-2022, 09:58 362

Digər xəbərlər

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirdi: Sumqayıt üçün yeni əməkdaşlıq imkanları

Yumurta rekord həddə ucuzlaşır: Səbəblər açıqlandı

Hakim olmaq istəyənlərə şad xəbər: Yeni təyinatlar davam edir

 Sabah Sumqayıtda hava necə olacaq?

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 16:36
Bu gün, 16:12
Bu gün, 15:08
Bu gün, 15:00
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1068