Rusiya Prezidenti Vladimir Putin Ukraynada təmas xətti boyunca 6 yanvar, Moskva vaxtı ilə saat 12:00-dan 7 yanvar saat 00:00-dək atəşkəs elan edilməsi barədə müdafiə naziri Sergey Şoyquya təlimat verib.Sumqayit.tv xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bundan öncə Moskva və Bütün Rusun Partiarxı Kirill Milad bayramı ilə bağlı 6-7 yanvar tarixlərində Ukraynada atəşkəs elan edilməsi üçün
çağırış etmişdi.