Sumqayit.tv agentliyə istinadən xəbər verir ki, aparılan monitorinqlər zamanı Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərən "Qayalı” marketdə nöqsanlar aşkarlanıb. Belə ki, sözügedən marketdə Azərbaycan dilində markalanması olmayan məhsulların satışı və ev şəraitində hazırlanan məhsulların satışı müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.