Ukraynadan qaçan Oleq Bakinski – Sensasion foto yayıldı


Ukraynanın bir neçə media qurumu kriminal aləmdə “Oleq Bakinski” kimi tanınan Oleq Krapivin haqda sensasiya sayıla biləcək material dərc edib.
Axar.az xəbər verir ki, ən maraqlı məqam bu materialların Oleq Bakinskinin saxlanılmasını əks etdirən foto ilə dərcidir. Belə ki, yalnız kriminal avtoritetlər (qanuni oğrular) bu cür yaxalanır.
Oleq Bakinski haqda Ukrayna mediasının eyni vaxtda bu cür material tirajlaması olduca düşündürücüdür: o, kimdir, Azərbaycan diasporu ilə Oleq Bakinskini nə bağlayır və niyə o, "vurulur"?
Əvvəlcə, Oleq Bakinski haqda
Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbində oxuyub. Sərbəst güləş üzrə ondördqat (!) Azərbaycan çempionudur.
2007-ci ildə o, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.
1989-cu ildən Kiyev şəhərində yaşayır(dı). 4 övladı var.
Krapivin zəngin adamdır. Kiyevdə çoxsaylı ticarət mərkəzləri, mülki mövcuddur. “Forbes”in məlumatına görə, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdədir.
Oleq Bakinski və Azərbaycan diasporu
Oleq Bakinski haqda olduqca ziddiyyətli məlumatlar var: kriminal avtoritet, qanuni oğru kimi adı hallanır, sifarişli qətllərdə adı keçir və s., buna baxmayaraq, müsbət ictimai fəaliyyəti haqda bir çox faktlar var.
Onun bir neçə ildir Ukraynadakı Azərbaycan diasporuna ciddi dəstək verdiyi bildirilir. O, diaspor fəaliyyətinə necə başlayıb, nə vaxtdan Azərbaycanın maraqlarının müdafiəsi ilə məşğuldur, - bu barədə dəqiq məlumat yoxdur. Ancaq onun diasporumuza dəstəyi mübahisə predmeti olmayıb. O ayrı məsələ ki, bundan hansısa məqsədlər üçün istifadə edib, ya yox...
Krapivin Azərbaycan mediasında son bir ildə, xüsusilə 2020-ci ilin ikinci yarısından sonra bir neçə dəfə gündəmə gəlib. Yeli medianin “kriminal avtoritet” olması barədə sualına isə birmənalı cavab verməyib: “Mən öz avtoritetimdən Ukraynada yaşayan azərbaycanlıların müdafiəsi naminə istifadə etmişəm və edəcəm də. Bu, mənim bir azərbaycanlı, şamaxılı kimi borcumdur”.
Bu cavab hansı mənada yozulmalıdır? Niyə məhz onun adı kriminal hadisələrdə hallanır? Və niyə Oleq Krapivin kimi yox, məhz Oleq Bakinski kimi məşhurdur? Mənsub olduğu şəhərin adı ilə adlanmaq kriminal aləmdə az qala “standart qaydadır”...
Beləliklə, Oleq Bakinski haqda Ukrayna mediasının yaydığı məqaləni qısa ixtisarla təqdim edirik:
“26 iyun 2022-ci ildə rəsmi Kiyev Oleq Krapivinə Ukraynada yaşamağı qadağan edir, yaşayış iznini ləğv edir, həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə qadağa qoyur. Bunun səbəbləri kifayət qədər ağır idi - işğalçılarla əməkdaşlıq və şəriklik şübhəsi, Kadırovun Ukraynadakı quldur dəstələri ilə əlaqə və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı.
Qəsb və quldurluq
Kriminal dairələrdə Oleq Krapivin “Oleq Bakinski” kimi tanınır. O, 90-cı illərdə Kiyevdə fəaliyyət göstərən “Avdışa” və “Juravli” mütəşəkkil cinayətkar qruplaşmaları ilə bağlıdır.
Krapivin mütəmadi olaraq “90-cı illərin” ruhunda qalmaqallara “çıxır”: məsələn, 2019-cu ildə o, tanınmış hüquq müdafiəçisi Eduard Bağırovu kafedə görüşə dəvət edir. Oleq Bakinski və onun bir neçə tərəfdarı hüquq müdafiəçisini döyürlər, pasportunu alırlar və bir neçə saat saxlayırlar. Həmçinin onu, arvadını və övladlarını öldürməklə hədələyirlər.
2022-ci ilin əvvəllərində Oleq Bakinski Kiyevdə “Leksus LX 570” markalı avtomobilə atəş açır. Sükan arxasında olan 55 yaşlı sahibkar atəş səsini eşidir. Maşından düşəndə görür ki, qabaq təkər deşilib, şüşə sınıb, qabaq qapını isə güllə deşib. Bununla Oleq Bakinski ona xəbərdarlıq edərək, pul tələb etmişdi.
Günəşli Bakıdan Kiyevə
Yayda (2022-ci il nəzərdə tutulur – red.) həbs olunacağını gözləmədən Oleq Bakinski Ukraynanı tələsik tərk edir. Amma günəşli Bakıda otura bilmirdi. Qışa doğru nəsə dəyişdi və ya kimsə rusların əlaltısına zəmanət verdi (deyirlər ki, Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Arsen Avakovun yaxın dostu ona əvvəllər kömək edib) və o, dərhal yaşayış hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etdi. Nə üçün o, təcili olaraq Ukraynaya getmək istəyirdi? Cavab aydındır – Ukraynada onillərdir qurulan cinayətkar şəbəkə nəzarətsiz qalıb.
Oleq Bakinskinin çox əməlləri var: qəsb, adam oğurluğu, sifarişli qətl, Yanukoviç rejiminə qulluq və onun şəriki olmaq – xüsusən də Klyuev qardaşlarının son illərə qədər bütün “çirkli əməlləri” inanılmaz pullar gətirib. Bakinski bütün bunları guya ictimai fəaliyyətlə və Ukraynadakı Azərbaycan diasporuna “kömək etmək” ​​niyyəti ilə ört-basdır edib.
Nüfuzunu itirməmək və kriminal təcrübəsini bərpa etmək, ola bilsin ki, həm də rusiyalı kuratorlarından əlavə tapşırıq (onun FTX generaliteti ilə əlaqələri və Rusiya vətəndaşlığı məlumdur) səbəbindən Oleq Bakinski qayıtmaq məsələsini həll etmək istəyir. Geri qayıtmaqla əvvəlki kimi soyğunçuluqla məşğul olacağına inanır.
Beləliklə, 2 dekabr 2022-ci il tarixində Kiyev İnzibati Məhkəməsi Oleq Bakinskinin adından Ukrayna Miqrasiya Xidmətinin Ukraynaya mühacirətə icazənin ləğvi ilə bağlı qərarının etibarsız sayılması ilə bağlı iddianı baxılmaq üçün qəbul edib.
Qəribəsi odur ki, Ukrayna hüquq-mühafizə orqanlarında Bakinskinin cinayətkar fəaliyyətini ört-basdır edənlər olub. Görəsən, bu dəfə həmin “xilaskar” Krapivinə xidmət göstərə və onun Ukraynaya qayıdışına nail ola biləcəkmi? Zaman o zaman deyil artıq.
Müharibə kriminalların və kollabarantların təmizləyicisi kimi
Odessada deyildiyi kimi, müharibəyə qədərki və müharibədən sonrakı Ukrayna arasında böyük fərq var. Milyonlarla ukraynalı düşməni məhv etmək və dövlətdə qanuni oğruların təsiri və yeni ədalətli nizam-intizam yaratmaq arzusu ilə vətənlərini müdafiə etmək üçün ayağa qalxıb. Sistem saat kimi işləyir - hərbi, mülki, dini sferalarda və ictimai siyasətdə kollabarantlara və düşmənlərə təsirli şəkildə zərbələr endirir.
Əminik ki, məhkəmə sistemi iflasa uğramayacaq və deportasiya ilə bağlı iyul qərarı qüvvədə qalacaq. Əks halda, cinayətkarlar üçün bir presedent yaranacaq.
Müharibə Ukrayna xalqı üçün böyük kədərdir, eyni zamanda, müxtəlif növ parazitlərin təsirindən xilas olmaq üçün bir fürsətdir: kriminal avtoritetlər, oğru məmurlar, korrupsioner media, psevdo-fəallar və s. Biz Ukraynanı yalnız dövlətin və fəal ictimaiyyətin birgə səyləri ilə təmizləyə bilərik...”
Məqalənin sonunda isə Ukrayna mediası prosesi sona qədər izləyəcəyini vəd edi

10-01-2023, 14:02 152

Digər xəbərlər

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 17:05
Dünən, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 903