Sumqayıtda təmirə bağlanan məktəb niyə üç ildir açılmır? - AÇIQLAMA


Sumqayıt şəhəri 36 nömrəli tam məktəbin valideynləri təmirə bağlanan məktəbin fəaliyyətə başlamamasından narazıdırlar. 
Sumqayit.tv
xəbər verir ki, bu barədə onlar Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıblar. 
Bildirilib ki, təhsil ocağı üç ildən artıqdır təmirə bağlanıb:
“Pedaqoji heyət və şagirdlər müvəqqəti olaraq Sumqayıt şəhəri 16 nömrəli məktəbin yanındakı binaya köçürülüblər. Amma üç ildən çox vaxt keçsə də, məktəbin təmiri bitmir. Bizə məktəbin yenidən fəaliyyət göstərib-göstərməyəcəyi barədə də məlumat verilmir. Hər gün uzaq məsafəyə uşağı dərsə aparıb-gətirmək çətinlik yaradır”.
Məsələ barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 36 nömrəli məktəb 1989-cu ildə tikilib və istifadəyə verilib:
“Məktəb 1296 şagird yerlikdir. Yaranmış qəzalı vəziyyət səbəbi ilə 25.12.2019-cu il tarixindən təmirə bağlanıb. Şagirdlərin məktəbə gediş-gəlişlərini rahat və təhlükəsiz formada təmin etmək məqsədi ilə yaxın günlərdə ödənişsiz servis xidməti təşkil olunacaq”.
“Bununla yanaşı bildirmək istərdik ki, məktəbin binasının əsaslı təmiri bu ildə nəzərdə tutulub”, - deyə qurumdan qeyd edilib.

12-01-2023, 11:30 252
Bu gün, 14:57
Bu gün, 13:35
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 15:04
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 20:53
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
19-08-2026, 12:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1101