1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirildi. Fevral ayının 10-da "İsanın anadan olmasının 1828-ci ilində" gecə münəccimin təyin etdiyi vaxtda, saat 12:00-da barışıq paktı imzalandı. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzaladılar. Elə həmin an müqavilənin bağlanması münasibətilə rus toplarından 101 yaylım atəşi açıldı.Sumqayit.tv xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev yazıb.Tarixçi müqavilənin əsas müddəalarının Peterburqda hazırlandığını qeyd edib:“Onun hazırlanmasında Qafqaz ordularının komandanı olmuş Yermolov və Paskeviçin yazışmaları, hesabatları və sənədləri mühüm rol oynamışdır. Əvvəlcə 1826-cı ildə ilk müddəalar yazılmış, daha sonra Cəlaloğlu lagerində 24 may 1827-ci ildə Qriboyedov və Obresk tərəfindən əlavələr edilmişdir. Səfir A.Qriboyedov səhəri gün bu "xoş xəbər"i Rusiya paytaxtına çatdırdı və Petropavlovsk qalasından da top atəşləri açıldı. Azərbaycanın tarixində faciələrə yol açan bu müqavilənin xəbərini hökmdara çatdıran İvan Paskeviç qraf elan edildi. Türkmənçay sazişinin digər iştirakçısı, "Ağıldan bəla" komediyasının müəllifi A.Qriboyedova 4000 çervon ənam, A.Obrezkovun nişanlısına isə üç yüz minlik cehiz hədiyyə edildi.Müqaviləyə görə, İrəvan və Naxçıvan Rusiyaya verildi, Xəzər dənizi Rusiyanın daxili dənizi hesab olundu. Bundan sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başladı və buna görə xüsusi köçürülmə komitəsi yaradıldı. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürüldü. Tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı:“Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”.Tarixçi bu müqavilənin ləğvinə beynəlxalq hüquqla nə dərəcədə mümkün olmasına aydınlıq gətirib:“ 1) Rusiya ərazisində yaranan Sovet Rusiyası ilə İran arasında 1921-ci ilin fevralında Moskva müqaviləsi imzalanıb. Həmin müqavilənin şərtlərinə görə, Çar Rusiyası ilə İran arasında o tarixə qədər bağlanmış bütün müqavilələr həmçinin, Türkmənçay müqaviləsi də qüvvədən düşmüş hesab edildi. Bu gün artıq Türkmənçay müqaviləsi qüvvədə deyil. Ancaq Türkmənçay müqaviləsi ilə müəyyən edilən sərhədlər başqa müqavilələrlə də təsdiqlənir.2) 1979-cu ildə İran İslam İnqilabı nəticəsində süqut etdi. Bu zaman da yeni yaranmış İran islam Respublikası (İİR) şahlığı xələf kimi görmədi və hər şeyi sıfırdan başlamaq qərarına gəldi. Yəni İran şahlığının hüquq və öhdəlikləri İİR-a şamil olunmadı. O cümlədən, Türkmənçay müqaviləsindən də irəli gələn öhdəliklər və səlahiyyətlər. Bu isə o deməkdir ki, İran Cənubi Azərbaycanı əldə saxlamaq üçün Türkmənçay müqaviləsinə istinad edə bilməz. Çünki müqaviləni bağlayan subyektlər hüquq varisi qoymadan ləğv olunmuşdur.3) Türkmənçay müqaviləsinin Peterburq variantında ermənilərin köçürülməsi və ümumiyyətlə, ermənilərə dair heç bir cümlə olmayıb. Müqavilənin orjinal nüsxəsi olan “1826,1827 və 1828-ci illər ərzində Paskeviç və onun yavəri Buturlin arasında gizli və hərbi yazışmalar” adlı sənəddə ermənilər haqqında bir cümləyə belə rast gəlinmir. (Л.С. Семенов, «О некоторых источниках по истории русско-персидских отношений первой трети
XIX в.», «Вестник Ленингр. У-та \ 1959, У.).
Mü
qavilə
nin fransı
z nü
sxə
sində
də şə
xsə
n ermə
ni sö
zü
nə
rast gə
lmə
mişə
m.
Buna gö
rə
sonradan bura hə
m xristian ə
hali sö
zü
nü
n də
yiş
ilə
rə
k ermə
ni sö
zü
nü
n keş
iş
Nersesin və
Qribayedovun ə
lavə
edilə
rə
k 4-
cü
və 13-
cü
maddə
lə
r tamamilə
də
yiş
mə
sini ə
sas gə
tirə
rə
k bu mü
qavilə
nin orjinal nü
sxə
si ilə ə
ks fikirlə
r təş
kil etmə
si bizə
bu mü
qavilə
nin qü
vvə
də
n düş
mə
sini yaxud yenidə
n baxı
lması
nı
tə
lə
b etmə
k haqqı
verir.
4)
Beynə
lxalq hü
quqa gö
rə
isə Tü
rkmə
nç
ay mü
qavilə
si ö
lü
mü
qavilə
və ö
lü
imzalara ə
saslandığı
ndan hü
quqi qü
vvə
sini ç
oxdan itirib.
Mə
sə
lə
yə
hü
quqi varislik nö
qteyi-
nə
zə
rində
n baxanda Rusiyada 1917-
ci ilin sosialist inqilabı
hə
min ildə
olan burjua inqilabı
ndan fə
rqli olaraq ö
zü
nü
Rusiya İ
mperiyası
nı
n varisi elan etmə
yib. Müqavilənin hüquqi tərəfini incələdikcə məlum olur ki, İran da gərək bəzi əraziləri Azərbaycana qaytarmalı olsun. Əgər bu gün Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edilmirsə, bu məntiqlə, müqavilədə adı keçən Azərbaycan əraziləri üzərində hər iki dövlətin hüquqi sahibliyi avtomatik olaraq itirilir. Mahiyyət etibarı ilə bu iki iştirakçı dövlət yad ərazilər üzərində ancaq işğalçı statusu ilə qalmış olur.
5) İranla Rusiya arasında imzalanan Gülüstan və Tükmənçay müqavilələri Azərbaycanın işğal faktını rəsmiləşdirmək üçün imzalanıb:“Bu müqavilələr bağlanan zaman Azərbaycan İranın tərkibində olmayıb. Azərbaycan ayrı-ayrı xanlıqlardan ibarət ölkə idi və mərkəzləşdirilmiş dövlət strukturu olmayıb. Bu hər iki müqavilə isə İranla Rusiya arasında Azərbaycanın bölüşdürülməsi xarakteri daşıyır. Sadəcə olaraq başqa bir dövlətin əraziləri iki dövlətin arasında bölüşdürülüb”.6) Türkmənçay müqaviləsinin ləğvi ilk anda İran ərazisindəki tarixi Azərbaycan torpaqlarının müstəqilliyi məsələsini qaçılmaz olaraq aktuallaşdıracaq. Beynəlxalq hüququn “Xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipi Cənubi Azərbaycana da şamil olunur. Cənubi Azərbaycan ya bu imkandan faydalanıb müstəqilliyə qovuşacaq, ya da Türkmənçay sülh müqaviləsinin ləğvi bu prosesi sürətləndirəcək.Amma demək olmaz ki, bu sülh müqaviləsi ləğv olunsa, Cənubi Azərbaycan dərhal müstəqil olacaq. Sadəcə onun müstəqil olmasına əsas verən amillər güclənəcək. Qeyd edim ki, bu hüquqla belə olsa da, reallıq var. Bu müqavilələrin legitimliyini itirməsi nəticəsində İrandan ayrılmalı olan Güney Azərbaycan hansı ərazilərdən və hansı hüquqi varislikdən ibarətdir sualına ilk olaraq cavab tapmalıyıq. Qacarlar xanlıq dövründən sonra Güney Azərbaycanı özlərinə birləşdirəndə Güneydə hüquqi olaraq 10-dan çox fərqli xanlıq var idi. Onlar heç biri indi yoxdur ki, Güneyin azadlığı məsələsinə hüquqi müstəvidən iddia edərək irəli çıxsınlar. Ən sona qalan Maku xanlığı idi ki, o da 1920-ci illərdə ləğv edildi. Yəni Güney məsələsinə hüquqi vərəsəlik baxımından yox, sadəcə Güneyin öz milli-azadlığı baxımından yanaşmaq doğrudur”.Z.Əliyev onu da əlavə edib ki, Qərbdəki nəhəng dövlətlər - Fransa və İngiltərə Rusiya imperiyası və Qacar dövləti arasında Gülüstan, ardınca da Türkmənçay müqavilələri imzalanan zaman susmasının səbəbi də Şərqdə 600 illik böyük dövlətçilik ənənələrinə sahib Osmanlı imperiyası idi:“İngiltərə və Fransa bu coğrafiyada Osmanlıdan sonra ikinci bir türk dövlətinin yaranmasını istəməzdi. Amma Qacarları da devirmək mümkün deyildi. Onlara Osmanlı və Rusiya ilə mücadilə edəcək fars dövləti lazım idi. Qacar xəndanının yıxılması prosesi buna görə müqavilələrdən sonra başlandı. Qacarlar isə o dərəcədə Avropaya inandılar ki, ölkə ərazisində türk dilinə qadağa qoydular. Beləliklə İngiltərə və Fransanın planı baş tutmuşdu. Ardından Pəhləvilərin hakimiyyətə gəlməsində də Avropa ölkələrinin rolu böyük olmuşdu. Amma Avropanın planını Pəhləvilərin amerikayönümlü olması pozdu. Buna görə 1970-ci il “Ağ inqilab” adlandırdığımız hadisələrdə mollalar hakimiyyətə gətirildilər və Qacarları zaman-zaman farslarla əvəz etmək planı işə düşdü. Nəticədə XX əsrin əvvələrindən bu günə qədər İran adlanan dövlətdə hakimiyyətə farslar rəhbərlik edirlər. Elə bu gün də İranda türklərin hakimiyyətə gətirilməsi Qərb və Rusiyanın maraqlarına xidmət etmir. Düzdür, İrana qarşı sanskiyalar və təyziqlər olsa da, bu regionda üçüncü türk dövlətinin yaradılması məqsədi güdmür. Çünki Qərb və Avropa Türkiyə kimi güclü dövlətin yenidən 600 illik bir imperiya olması qorxusunu yaşayırlar”.Yenipress.az