Sumqayıt şəhəri üzrə erkən nikaha neçə nəfər girib?

Beynəlxalq Qızlar Günü: Erkən nikahlarla bağlı dəhşətli statistika...


Bu gün dünyada "Beynəlxalq Qızlar Günü" qeyd olunur.
Sumqayit.tv xatırladır ki, 2011-ci ilin dekabr ayında BMT Baş Assambleyasının qərarı ilə  11 oktyabr "Beynəlxalq Qızlar Günü" elan edilib.
Qərarın qəbul edilməsindən məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının ayında çoxdur. 2022-ci ildə ölkənin bütün rayon və şəhərləri üzrə sadəcə Yevlaxda həmin il doğulan uşaqlar arasında qız uşaqlarının sayı (56%) oğlan uşaqlarından çox olub. Digər rayon və şəhərlərdə oğlan uşaqları üstünlük təşkil edib.
Mahiyyət etibarilə Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub. Erkən nigahlar qızları uşaqlıq çağından məhrum edir və zorla təhsildən əl çəkməyə məcbur edir.  Ölkəmizdə də erkən nikahla bağlı vəziyyət ürəkaçan deyil.  
Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan nikah yaşı həm oğlanlar, həm də qızlar üçün 18 yaş müəyyən olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il üzrə şəxslərin erkən nikaha daxil olması halı ən çox Şəmkir rayonunda qeydə alınıb. Burada 2022-ci il ərzində həmin yaşda 18 nəfərin rəsmi nikahı qeydə alınıb.
Ağcabədi rayonunda 17 nəfər, Sabirabad rayonunda 15 nəfər, Yevlax rayonunda 14 nəfər, Ağdaş və rayonlarının hər birində 11 nəfər və Samux rayonunda isə 10 nəfər 17 yaşda rəsmi nikaha daxil olub. Gəncə şəhəri və Tovuz rayonunun hər birində 9 nəfərin, Qobustan rayonunda 8 nəfərin, Quba rayonunda 7 nəfərin, Abşeron, Ağdam, Bərdə, Şabran, Zərdab və Şəki rayonlarının hər birində 6 nəfərin, eləcə də Goranboy, Göygöl, Ağstafa, Saatlı və Hacıqabul rayonlarının isə hər birində 5 nəfərin 17 yaşda rəsmi nikahı qeydə alınıb.
Füzuli, Tərtər, Lənkəran, Masallı, Yardımlı rayonlarının və Mingəçevir şəhərinin hər birində 4 nəfər 17 yaşda rəsmi nikaha daxil olub. İsmayıllı, Siyəzən və Kəlbəcər rayonları üzrə 3 nəfər, Şamaxı, Daşkəsən, Xocavənd, Şuşa, Gədəbəy, Xaçmaz, Laçın rayonları və Şirvan şəhəri üzrə 2 nəfərin bu yaşda rəsmi nikahı qeydə alınıb. Sumqayıt şəhəri, Qazax, Kürdəmir, Ucar, Beyləqan, İmişli, Balakən, Oğuz, Zaqatala, Cəbrayıl, Qubadlı, Neftçala və Biləsuvar rayonlarının hər birində isə 17 yaşda rəsmi nikaha cəmi 1 nəfər daxil olub. Bu rəqəm Bakıda 13, Naxçıvan Muxtar Respublikasında isə 5 olub.
Qeyd edək ki, bu statistika rəsmi nikaha daxil olmağa cəhd etmək istəyənləri göstərir. Reallıqda isə erkən nikaha daxil olanlar daha çoxdur...
//modern.az

11-10-2023, 13:00 221

Digər xəbərlər

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 11:03
Bu gün, 10:51
Dünən, 23:57
Dünən, 21:42
Dünən, 17:51
Dünən, 12:16
Dünən, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972