Cahangir Əsgərovun qardaşı oğlu ekstrasensə külli miqdarda pulu niyə verib? (TƏFƏRRÜAT)


"Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq prezidenti Cahangir Əsgərovun qardaşı oğlu Cəlal Əsgərovun şikayəti əsasında 4 avqust 2023-cü il tarixdə barəsində axtarış elan edilən, sentyabrın 30-da saxlanılaraq həbs olunan ekstrasens barəsində məhkəmə qərar verib. 
 1977-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş "Katya" ləqəbli Ekaterina Aleksandrovna Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Aparılan araşdırma zamanı məlum olub ki, Ekaterina Aleksandrovna Cəlal Əsgərovla yanaşı, onun həyat yoldaşı Anastasiya Georqiyevnanı da ekstrasens fəaliyyəti ilə məşğul olmasına inandıraraq, ailə həyatında yaranmış çətinlikləri müxtəlif ayinlər keçirərək "şər qüvvələr"dən təmizləyəcəyinə dair vəd verib və etibarından sui-istifadə edib.
Cəlal Əsgərov evlilik həyatı davam edərkən işləri yaxşı getmədiyinə görə dostu F.-in vasitəsi ilə ekstrasens Ekaterina Aleksandrovna ilə tanış olub. Eyni vaxtda F.-in həyat yoldaşı B. də Cəlalın xanımı Anastasiya Georqiyevnanı ekstrasenslə tanış edib. 
"Katya” kimi də tanınan ekstrasens əvvəlcə Cəlala qurban kəsilməsi üçün 8 qoyun lazım olduğunu deyərək, hər bir heyvan üçün 120 manat olmaqla ümumilikdə 960 manat pul alıb. Ekstrasensin ifadəsinə görə, Cəlal ondan əmisi Cahangir Əsgərovla münasibətlərinin yaxşılaşması, sabiq AZAL prezidentinin yalnız ona dəstək olması, həmçinin qeyri-leqal işlərindən əmisinin xəbər tutmaması üçün rituallar icra etməyini xahiş edib. Həmçinin həyat yoldaşı Anastasiyanın bəd nəzərdən təmizlənməsini istəyib. Xanım ekstrasens müxtəlif vaxtlarda Cəlaldan 4 min dollar, 1300 manat və digər məbləğlərdə pul alıb.  
Həmin vaxt Ekaterina Cəlala duz verməklə uşağının başını onunla yudurtmağı bildirib. Həmçinin 100 manatlıq şirniyyat alaraq uşaqlara paylamaq lazım olduğunu qeyd edib. 
Ən maraqlısı isə 2020-ci ilin iyul ayından başlayaraq Ekaterina mütəmadi olaraq telefonda Cəlala yazaraq "20.000 dollar ver, həmin pulu 200.000 dollara çevirib, qaytaracam" deməsi olub. Cəlal ona inanaraq 4 sentyabr 2020-ci il tarixdə 20.000 dollar məbləğində pulunu Ekaterinanın mənzilində ona verib.
Bundan sonra o, yanvar ayını gözləyib, lakin Ekaterina pulunu qaytarmayıb. Cəlal artıq anlayıb ki, Ekaterina onu aldadırmış və söhbətlərin birində bu barədə həyat yoldaşı Anastasiyaya deyib. Anastasiya da "Katya”nın onu aldatdığını Cəlala etiraf edib. Məlum olub ki, Ekaterina Aleksandrovna Cəlalın həyat yoldaşının qiyməti 10.519 avro olan bir karat birilliantdan ibarət tək qaş ağ qızıldan hazırlanmış nişan üzüyünü və xeyli miqdarda pulunu ələ keçirib. 
Cəlal və həyat yoldaşı, onların ailə dostu F. və onun xanımı ekstrasens barəsində polisə şikayət ediblər. 
Qeyd edək ki, ekstrasens fəaliyyəti ilə məşğul olaraq digər şəxslərə də maddi ziyan vuran Ekaterina Aleksandrovna Özbəkistan Respublikasının vətəndaşı olsa da, 2013-cü ildən Azərbaycanda yaşayır. O əvvəlcə Bakı şəhəri ərazisində yerləşən kafelərin birində qab yuyan işləyib, sonradan isə yaşadığı ünvanda salatlar düzəltməklə onlayn satışı ilə məşğul olub. Daha sonra təlabat çox olduğundan ekstrasens fəaliyyəti ilə məşğul olmağa başlayıb./qaynarinfo

27-10-2023, 13:00 202

Digər xəbərlər

Bakı-Quba yolunda baş verən qəza nəticəsində yaralılar Sumqayıt Tibb Mərkəzinə gətirilib - FOTO

Zakir Fərəcov səyyar görüş keçirib - FOTOLAR

Bakı Appelyasiya Məhkəməsi qanunsuz tikililərlə bağlı "Pilot Residence" yaşayış binasına baxış keçirib

Zəngəzur dəhlizi üzrə saziş – ABŞ-ın diplomatik qələbəsi, İranın strateji məğlubiyyəti ŞOK YAZI

Sumqayıtda bərbərxana yandı

İKZF Sumqayıtda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edir

Xızıda üstünə darvaza aşdı, Sumqayt xəstəxanasında öldü

Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu

Sumqayıtda məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var

İlham Rəhimova sanksiya tətbiq edildi

ÇL: “Qarabağ” ərizəsini açıqladı, bu oyunçular çağırılmadı

Sumqayıtla bağlı avtobus problemi qalmaqdadır

Sumqayıtda qadın həkimin evi qarət edildi: 25 min manat oğurlandı

"Sumqayıt" üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı Sumqayıtda da keçiriləcək

Sumqayıtda yolun qanunsuz zəbt olunması ilə bağlı ŞİKAYƏT - FOTO

Bu gün Sumqayıtın, bu mikrorayon və məhəllələri də qazsız qalacaq

Sumqayıtda 750 abonentin qazı müvəqqəti kəsiləcək

Paralimpiya çempionuna FHN-in Sumqayıt Regional Mərkəzində vəzifə verildi

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 10:43
Dünən, 17:25
Dünən, 17:05
Dünən, 15:50
Dünən, 15:36
Dünən, 13:38
Dünən, 12:17
4-09-2025, 13:36
4-09-2025, 13:31
4-09-2025, 08:37
3-09-2025, 16:45
3-09-2025, 16:34
3-09-2025, 16:00
3-09-2025, 15:40
3-09-2025, 15:28
3-09-2025, 15:23
3-09-2025, 12:09
3-09-2025, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1-09-2025, 15:04
1-09-2025, 10:28
1-09-2025, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
1 2 3 4 5 6 7 8 9 10 ... 964