Kremlin Putinsonrası planı – “Onu əvəz edəcək şəxsin ilk addımı bu olacaq”


Bir müddətdir Vladimir Putinin ölümü ilə bağlı çox sayda iddialar gündəmə gəlir. 3 gün öncə ürəyinin dayanması, daha sonra özünə gəlməsi ilə bağlı məlumat yayılmış, daha sonra Kreml bunu dezinformasiya adlandırmışdı.
Son olaraq Putinin Valdaidəki evində öldüyünə dair iddialar ortaya atıldı. Lakin daha sonra Rusiya Prezidentinin Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri ilə görüşü keçirildi, beləliklə Kreml informasiyanı rəsmi açıqlamaya ehtiyac qalmadan yalanlamış oldu.
Ümumiyyətlə Putinin ölümü kimlərin işinə yarayar? Ondan sonra regionu, dünyanı nə gözləyir? Onun ölümündən sonrakı Rusiya necə təsəvvür edilir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev bildirib ki, bu kimi xəbərlər daha öncə də medianın gündəminə düşüb:
“Hələ bir neçə il bundan öncə Qərb mənbəli kütləvi informasiya vasitələri Rusiya prezidentinin səhhəti ilə bağlı müxtəlif məlumatlar yayırdılar. Vladimir Putinin ağır, sağalmaz xəstəliyə düçar olduğu bildirilirdi. Müəyyən zaman keçdikdən sonra məlum oldu ki, beynəlxalq medianın yaydığı bu məlumat dezinformasiyadır. O baxımdan indi Vladimir Putinin ölümünə haqda tirajlanan informasiyaların da doğru olmadığını düşünürəm. Əgər Putin həqiqətən dünyasını dəyişmiş olsaydı, dünyanın ciddi kəşfiyyat orqanları dərhal bunu təsdiqləyəcək məlumatlar yayardılar. Bu gün yayılan informasiyalar xüsusi xidmət orqanları tərəfindən təsdiqini tapmırsa, bunun dezinformasiyadan başqa bir şey olmadığını hesab edirəm. Bu kimi məlumatların yayılmasının bir səbəbi var: Rusiya daxilində və elitasında müəyyən çaşqınlıq yaradılsın”.
Politoloq Putinin ölümündən sonra regionda və dünyada müşahidə olunacaq vəziyyətdən söz açıb:
“Hesab edirəm ki, Rusiya prezidenti istər öz əcəli ilə dünyasını dəyişsin, istərsə də, hakimiyyətdən könüllü şəkildə çəkilsin ki, o zaman dünyada və regionda ciddi dəyişiklik yaşana bilər. Bu dəyişikliyin müsbət istiqamətdə olacağını düşünürəm. Çünki Putin dünya dövlətləri və liderləri tərəfindən arzuolunmaz, aqressiya nümayiş etdirən bir şəxs kimi tanınır. Bu aqressiya zaman-zaman özünü göstərib. Məsələn, hələ 2008-ci ildə Gürcüstana rus ordusunu yeridərkən, daha sonra Ukrayna, Suriya və s. kimi hadisələrdə bunu müşahidə etmişik. Əgər Putin hakimiyyətdən gedərsə, yerinə kimin gəlməsindən asılı olmayaraq onun qədər sərt qərarlar qəbul etməyəcəklər. Əslində Rusiya prezidenti bu gün özü də dərk edir ki, qəbul etdiyi qərarlar heç də ölkənin mənafeyinə xidmət etmir. Əksinə, ölkəni bütün dünyadan təcrid edir. Nəticədə Rusiya iqtisadiyyatı zəifləyib, bir neçə istiqamətdə siyasi rıçaqları əlindən alınıb.
Vladimir Putin bütün bunları dərk edir, sadəcə geri addım ata bilmir. Düşünürəm ki, ondan sonra hakimiyyətə gələcək şəxs Qərblə, xüsusilə ABŞ və Böyük Britaniya ilə dil tapıb ölkəni düşdüyü vəziyyətdən xilas etməyə çalışacaq”.
Ayşən Mustafa
Globalinfo.az

27-10-2023, 23:19 241

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065