Sumqayıt Məşğulluq Mərkəzinin kişi və qadın əməkdaşı məhkəmə zalında həbs edildi


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və digər əməllərdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.
Sumqayit.tv-in əldə etdiyi məlumata görə, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt Məşğulluq Mərkəzinin baş məsləhətçi vəzifəsində işləmiş Rövşən Xəlilov və tanışı Gülgün Nəsirovaya hökm oxunub.
R.Xəlilova 2 il məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay həbs cəzası verilib. Onun tanışı, 1989-cu il təvəllüdlü G.Nəsirovaya isə 1 il 6 ay məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 3 ay həbs cəzası verilib. Hər iki şəxs məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, daha əvvəl Baş Prokurorluq R.Xəlilov və G.Nəsirova barəsində məlumat yaymışdı. Bildirilmişdi ki, onlar qabaqcadan əlbir olaraq aldatma yolu ilə müxtəlif şəxslərə məxsus ümumilikdə 4 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, işlədiyi quruma məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 6 200 manat məbləğində özgə əmlakını təkrarən israf etməklə talayıb. Həmçinin faktiki olaraq işləməyən, lakin formal əmək müqavilələri bağlanmış şəxslərə ünvanlı dövlət sosial yardım təyin edilməsi üçün 11 200 manat məbləğdə pulu rüşvət qismində almasına, ayrı-ayrı şəxsləri rüşvət verməyə təhrik etməsinə, eləcə də qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törədiblər.
Toplanmış sübutlar əsasında Rövşən Xəlilov və Gülgün Nəsirova Cinayət Məcəlləsinin 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən israf etmə), 311.3.2 (təkrar rüşvət alma), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. // "Qafqazinfo"

28-10-2023, 01:22 262

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065