Sumqayıt şəhərində bir neçə gün əvvəl iş yoldaşı ilə dava zamanı başından yaralanan 36 yaşlı kişi bu gün dünyasını dəyişib. Sumqayit.tv məlumat verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Amid Həmid oğlu Gözəlov iş yoldaşı ilə mübahisə zamanı başından ağır zədə alıb. O, xəstəxanaya çatdırılsa da bu gün ölüb.
Faktla bağlı araşdırma aparılır.