Zirəddin: Yaxın illərdə Bakı və İrəvan arasında... - Video
Bu ilin sonunadək Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq. Bu sözləri Axar.az-a açıqlamasında tanınmış ekstrasens Zirəddin Rzayev deyib. “Təxminən iki il əvvəl Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağını demişdim. Lakin müqavilənin nə bu il, nə də yaxın illərdə imzalanacağını görmürəm. Buna baxmayaraq, Azərbaycan sonda öz istəyinə nail olacaq və tərəflər arasında sülh müqaviləsi imzalanacaq”, - o bildirib.