Sumqayıtda idmançını öldürən ata-oğul yenidən məhkəmə qarşısında



2018-ci ilin 5 sentyabrında Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən 1972-ci il təvəllüdlü Əhəd İsmayılov və onun oğlu, 2000-ci il təvəllüdlü Ramil İsmayılov barəsindəki hökmdən kassasiya şikayəti verilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 2-nə təyin edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsmayılov 10 il 6 ay və Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra prokurorluq hökmdən apellyasiya şikayəti versə də, hökm dəyişdirilmədən saxlanılmışdı. Prokurorluğun Ali Məhkəməyə protest təqdim etməsindən sonra iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılıb. Apellyasiya Məhkəməsi ata və oğluna Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə verilmiş cəzanı ləğv edib. Onların əməllərində Cinayət Məcəlləsinin 120.2.1-ci (Bir qrup şəxs tərəfindən adam öldürmə) və 29, 120.2.7-ci (İki və daha çox adamı öldürməyə cəhd) maddələrinin tərkibinin olduğu bildirilib və bu maddələrin tələbinə uyğun cəza təyin edilib. Belə ki, R.İsmayılovun cəzası 10 il 6 aydan 18 ilə, Ə.İsmayılovun isə 9 ildən 16 il həbs cəzasına dəyişdirilib.

 
Qeyd: Hadisə 2018-ci ilin sentyabrında 4-də saat 23 radələrində Sumqayıt şəhərində yerləşən PS-3 salonunda Rafis Həbibov birgə avtomobil satışı ilə məşğul olduğu keçmiş şəriki Ramil İsmayılovla adapter üstündə mübahisə edib. Bu zaman Rasif onu döyüb. Ramil oranı tərk edərək yaşadığı evə gedib və həmin vaxt toydan gələn, sərxoş halda olan atasına hadisə barədə məlumat verib. Oğlunun döyülməsinə kəskin reaksiya verən Əhəd İsmayılov oğlu ilə birgə bıçaq götürərək Rasifi axtarmağa gediblər və gecə saat 00:30 radələrində onu çay evində taparaq məsələni həll etməyə dəvət ediblər. Maşınla gedərkən Rasifin dostu Samir Dadaşov da onlara qoşulub. Sumqayıt şəhəri 21-ci məhəllə adlanan ərazidə maşından düşən şəxslər dava ediblər və ata-oğul 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlunu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən Rasif orada vəfat edib, Samirin isə həyatını xilas etmək mümkün olub.

 
Xatırlatma: Qətlə yetirilən Rasif Həbibov idmançı olub.

1-11-2023, 14:40 113

Digər xəbərlər

Bakı-Quba yolunda baş verən qəza nəticəsində yaralılar Sumqayıt Tibb Mərkəzinə gətirilib - FOTO

Zakir Fərəcov səyyar görüş keçirib - FOTOLAR

Bakı Appelyasiya Məhkəməsi qanunsuz tikililərlə bağlı "Pilot Residence" yaşayış binasına baxış keçirib

Zəngəzur dəhlizi üzrə saziş – ABŞ-ın diplomatik qələbəsi, İranın strateji məğlubiyyəti ŞOK YAZI

Sumqayıtda bərbərxana yandı

İKZF Sumqayıtda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edir

Xızıda üstünə darvaza aşdı, Sumqayt xəstəxanasında öldü

Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu

Sumqayıtda məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var

İlham Rəhimova sanksiya tətbiq edildi

ÇL: “Qarabağ” ərizəsini açıqladı, bu oyunçular çağırılmadı

Sumqayıtla bağlı avtobus problemi qalmaqdadır

Sumqayıtda qadın həkimin evi qarət edildi: 25 min manat oğurlandı

"Sumqayıt" üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı Sumqayıtda da keçiriləcək

Sumqayıtda yolun qanunsuz zəbt olunması ilə bağlı ŞİKAYƏT - FOTO

Bu gün Sumqayıtın, bu mikrorayon və məhəllələri də qazsız qalacaq

Sumqayıtda 750 abonentin qazı müvəqqəti kəsiləcək

Paralimpiya çempionuna FHN-in Sumqayıt Regional Mərkəzində vəzifə verildi

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 10:43
Dünən, 17:25
Dünən, 17:05
Dünən, 15:50
Dünən, 15:36
Dünən, 13:38
Dünən, 12:17
4-09-2025, 13:36
4-09-2025, 13:31
4-09-2025, 08:37
3-09-2025, 16:45
3-09-2025, 16:34
3-09-2025, 16:00
3-09-2025, 15:40
3-09-2025, 15:28
3-09-2025, 15:23
3-09-2025, 12:09
3-09-2025, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1-09-2025, 15:04
1-09-2025, 10:28
1-09-2025, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
1 2 3 4 5 6 7 8 9 10 ... 964