Sumqayıtda 37 yaşlı kişi klinikalardan birində ölüb.Sumqayit.tv xəbər verir ki, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov klinikada antibiotik iynə vurulduqdan sonra ölüb.
Klinikadan faktı təsdiqləyiblər. Bildirilib ki, xəstəyə antibiotik testi qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E.Hüseynov orada ölüb.
Faktla bağlı araşdırma aparılır./apa