5 il əvvəl Sumqayıtda idmançını öldürən ata-oğulun yenidən məhkəməsi başladı



Ali Məhkəmədə 2018-ci ilin 5 sentyabrında Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən 1972-ci il təvəllüdlü Əhəd İsmayılov və onun oğlu, 2000-ci il təvəllüdlü Ramil İsmayılovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Sumqayit.tv
bildirib ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 16-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsmayılov 10 il 6 ay və Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra prokurorluq hökmdən apellyasiya şikayəti versə də, hökm dəyişdirilmədən saxlanılmışdı. Prokurorluğun Ali Məhkəməyə protest təqdim etməsindən sonra iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılıb. Apellyasiya Məhkəməsi ata və oğluna Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə verilmiş cəzanı ləğv edib. Onların əməllərində Cinayət Məcəlləsinin 120.2.1-ci (Bir qrup şəxs tərəfindən adam öldürmə) və 29, 120.2.7-ci (İki və daha çox adamı öldürməyə cəhd) maddələrinin tərkibinin olduğu bildirilib və bu maddələrin tələbinə uyğun cəza təyin edilib. Belə ki, R.İsmayılovun cəzası 10 il 6 aydan 18 ilə, Ə.İsmayılovun isə 9 ildən 16 il həbs cəzasına dəyişdirilib.
Qeyd: Hadisə 2018-ci ilin sentyabrında 4-də saat 23 radələrində Sumqayıt şəhərində yerləşən PS-3 salonunda Rafis Həbibov birgə avtomobil satışı ilə məşğul olduğu keçmiş şəriki Ramil İsmayılovla adapter üstündə mübahisə edib. Bu zaman Rasif onu döyüb. Ramil oranı tərk edərək yaşadığı evə gedib və həmin vaxt toydan gələn, sərxoş halda olan atasına hadisə barədə məlumat verib. Oğlunun döyülməsinə kəskin reaksiya verən Əhəd İsmayılov oğlu ilə birgə bıçaq götürərək Rasifi axtarmağa gediblər və gecə saat 00:30 radələrində onu çay evində taparaq məsələni həll etməyə dəvət ediblər. Maşınla gedərkən Rasifin dostu Samir Dadaşov da onlara qoşulub. Sumqayıt şəhəri 21-ci məhəllə adlanan ərazidə maşından düşən şəxslər dava ediblər və ata-oğul 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlunu bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən Rasif orada vəfat edib, Samirin isə həyatını xilas etmək mümkün olub.

Xatırlatma: Qətlə yetirilən Rasif Həbibov idmançı olub.

4-11-2023, 10:00 247

Digər xəbərlər

Bu şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Sumqayıtlı şagird beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb

Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt məktəbliləri Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Soyqırımı Muzeyini ziyarət edib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş xanım şəhid Sumqayıtda torpağa tapşırılacaq - FOTO

Sabah Ramazanın ilk günüdür: İmsak, iftar, dua

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

Sumqayıtdə kolleclərə sənəd qəbulu bu gündən başlayır

Rüşvət ittihamlı sabiq rəisin işi Sumqayıt məhkəməsində

TƏBİB-lə Səhiyyə Nazirliyi birləşdirilir? - AÇIQLAMA

Beynəlxalq futbol həyəcanı Sumqayıtda – “FIFA Series – 2026”nın finalı burada keçiriləcək

Sumqayıt sakini Temu və kargo şirkətindən şikayətçidir: “Bağlama səbəbsiz geri qaytarılıb, hüquqlarım tapdanır”

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər

Sumqayıtda yerləşən “Tullantıları İdarəetmə Mərkəzi” maliyyə auditi üçün kotirovka elan edib

Ramazan ayı başlayır - Təqvim açıqlandı

İzmir Xocalı Soyqırımının 34-cü İldönümünə hazırlaşır - FOTO

Sumqayıtda yol və kanalizasiya problemi sakinləri çətin vəziyyətdə qoyub – Təcili yardım belə gəlmir- VİDEO

Strateji etimadın siyasi enerjisi: Bakı–Belqrad xəttində inkişaf və ortaq gələcək

Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb

Azərbaycanın tranzit aviasiyasında rəqəmsal dönüş — SITA baxışı (ANALİZ)

1 2 3 4 5 6 7 8 9 10 ... 1019
Bu gün, 14:37
Bu gün, 13:34
Bu gün, 11:41
Bu gün, 11:24
Bu gün, 10:49
Bu gün, 10:46
Bu gün, 10:20
Dünən, 18:12
Dünən, 17:42
Dünən, 17:01
Dünən, 16:55
Dünən, 16:38
Dünən, 12:20
Dünən, 12:08
Dünən, 11:44
Dünən, 11:39
Dünən, 11:02
Dünən, 10:34
Dünən, 10:20
16-02-2026, 16:36
16-02-2026, 15:58
16-02-2026, 15:50
16-02-2026, 15:43
16-02-2026, 15:08
16-02-2026, 15:06
14-02-2026, 19:08
14-02-2026, 18:50
14-02-2026, 14:38
14-02-2026, 12:53
14-02-2026, 11:31
13-02-2026, 22:10
13-02-2026, 09:45
13-02-2026, 09:30
13-02-2026, 09:06
13-02-2026, 00:32
12-02-2026, 19:05
12-02-2026, 15:50
12-02-2026, 13:44
12-02-2026, 13:16
12-02-2026, 11:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1019