Sumqayıtda yaşıllıqların mühafizəsinə dair əsas problemlər nədir?-FOTOLAR


Sumqayıt şəhərində yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və yeni yaşıllıq sahələrinin salınmasına dair maarifləndirici tədbir təşkil olunub.
Sumqayit.tv
xəbər verir ki, övlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təşkil olunan ictimai dinləmədə Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Bələdiyyəsi, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində Yaşıllaşdırma İdarəsi, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktlarının şərhi, fiziki və hüquqi şəxslərin ekoloji öhdəlikləri ilə bağlı müzakirələr aparılıb.
Agentliyin İdarə Heyəti sədrinin müavini İman Quliyev bildirib ki, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ardıcıl maarifləndirici işlər həyata keçirilsə də, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Təhlillər göstərir ki, sənədlərin hazırlanması və layihələrin icrası zamanı normativ hüquqi aktların və ekoloji ekspertiza rəylərinin tələblərinə tam riayət olunmur. "Bildiyiniz kimi, ekoloji tarazlığın qorunması və yaşıllıqların mühafizəsi dövlət siyasətinin prioritet sahələrindən biridir. Bununla əlaqədar bir sıra mühüm qanunvericilik aktları qəbul edilmiş, normativ sənədlərdə dövlət orqanlarının, bələdiyyələrin, habelə fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir", - deyə qurum rəsmisi vurğulayıb. 
4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov qeyd edib ki, torpaq mülkiyyətçiləri tərəfindən yaşıllıqların uçotunun aparılması, onlara düzgün aqro-texniki qulluq göstərilməsi, qəzalı və quru ağaclarla bağlı operativ şəkildə müraciət edilməsi çox önəmli məsələdir. Həmçinin layihələrin icrası zamanı ekoloji normalara riayət olunması - təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin, yaşıllıq balansının qorunub saxlanılması və daha da artırılması xüsusi əhəmiyyət kəsb edir.
Çıxış edən ekspertlər də Sumqayıt şəhəri ərazisində qurumuş, binalara bitişik, yaxud çox yaxın əkilən yaşıllıqların, xüsusən bioloji inkişaf dövrünü başa vurmuş qovaq ağaclarının təhlükə yaratdığını, həmçinin bu problemlərdən çıxış yollarını qeyd ediblər. Eyni zamanda hər bir layihənin ətraf mühitə təsiri və kompensasiya mexanizmlərinin qiymətləndirilməsinin, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunmasının vacibliyindən söz açılıb.
Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləmə iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və belə tədbirlərə gələcəkdə də böyük ehtiyacın olduğu vurğulanıb.





5-11-2023, 23:19 327

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065