Bunu Əliyevdən başqa kimsə edə bilməzdi - Arestoviç
















Prezident İlham Əliyev tarixdə yalnız bir neçə millətin öyünə biləcəyi bir iş gördü.
Sumqayit.tv xəbər verir ki, bunu Trend-ə ukraynalı hərbi-siyasi icmalçı və ictimai xadim Aleksey Arestoviç deyib.
Ölkənin suverenliyinin bərpasında Prezident İlham Əliyevin qətiyyətindən və strateji uzaqgörənliyindən danışan A.Arestoviç qeyd edib ki, bu strategiyanı başqa heç kim belə uğurla həyata keçirə bilməzdi.
"Prezident İlham Əliyev inanılmaz iş gördü. Düşünmürəm ki, bunu ondan başqa kimsə edə bilərdi. Siyasətçilər də var, dövlət xadimləri da var, amma o, tarixi şəxsiyyətdir", - deyə A.Arestoviç bildirib.
A.Arestoviçin sözlərinə görə, Azərbaycan uzunmüddətli və ağlabatan strategiyanı həyata keçirə bilib, bütün işğal olunmuş əraziləri geri qaytarıb.
"Bu, görünməmiş bir hadisədir və tarixdə yalnız bir neçə millətin öyünə biləcəyi bir işdi. Qələbə və Zəfər Gününün simvolik mənası bütün xalqı birləşdirmək və uzunmüddətli, səriştəli strategiyanı uğurla həyata keçirmək bacarığındadır”, - ukraynalı hərbi-siyasi icmalçı vurğulayıb.
Azərbaycanın Qarabağ bölgəsinin dirçəldilməsi mövzusuna toxunan A.Arestoviç bildirib ki, onu ən çox heyrətləndirən odur ki, bərpa planı hələ Azərbaycan öz ərazilərini qaytarmazdan əvvəl mövcud olub.
"Planlar müharibə başa çatdıqdan dərhal sonra həyata keçirilməyə başlandı. Məsələn, Füzuli aeroportu rekord müddətdə bərpa olundu, bu heyrətamizdir. Bu, Azərbaycan rəhbərliyinin uzaqgörənliyini göstərir. Yenidənqurma işlərinə, demək olar ki, müharibədən dərhal sonra başlanıldı. Hazırda infrastrukturun və mənzil fondunun yenidən qurulması, o cümlədən məcburi köçkünlərin geri qayıtması üçün şərait yaradılması fəal şəkildə aparılır", - deyə A.Arestoviç bildirib.
Aretoviç vurğulayıb ki, bu, Qarabağ bölgəsini təbii sərvətlərin qeyri-qanuni istismar edildiyi yerdən iqtisadi cəhətdən cəlbedici regiona çevirəcək planlı, dövlət siyasətinin həyata keçirildiyini göstərir.
Qeyd edək ki, 19-20 sentyabrda Üçtərəfli Bəyannamənin müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi və Azərbaycan ərazilərindən çıxarılması məqsədi ilə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərində lokal antiterror tədbirləri həyata keçirilib.
Lokal antiterror tədbirləri nəticəsində Azərbaycan bu ərazilərdə suverenliyini və konstitutsiya quruluşunu bərpa edib, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən birləşmələri ləğv edilərək Azərbaycan ərazisini tərk edib.
 

6-11-2023, 09:42 292

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065