Sumqayıt sakini həbsdən çıxıb baldızını güllələyib öldürdü - Təfərrüat

Sumqayıt şəhərində baldızını odlu silahla qətlə yetirməkdə təqsirli bilinən Habil Həsənovun (adlar şərtidir) cinayət işi üzrə təfərrüatlar məlum olub.
"Ölkə.Az" xəbər verir ki, Sumqayıt sakini Habil Həsənov ov tüfəngi ilə baldızı, 1952-ci il təvəllüdlü Nübar Məhərrəm qızı Nabatəliyevanı güllələyib. Nəticədə döş qəfəsindən güllə xəsarəti alan N.Nabatəliyeva dünyasını dəyişib. Hadisəni törədən H.Həsənov hadisə yerindən qaçıb.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində H.Həsənov tutulub. 
Saxlanılan Habil Həsənov ifadəsində bildirib ki, 2000-ci ildə Zəngilan rayon sakini Şahlıq Səfərova ilə ailə həyatı qurub və həmin nikahdan 2 övladı dünyaya gəlib. 

2011-ci il avqustun 27-də həbsdən çıxanda eşidib ki, arvadı boşanmaq üçün şəhər məhkəməsinə ərizə verib və həmin il fevralın 3-də məhkəmə onun iddiasını təmin edib. 
O özünə məxsus evin qonşuluğunda yerləşən qardaşı Vaqifgildə yaşayıb. Boşanmasına baxmayaraq daim ailəsini nəzarətdə saxlayıb uşaqları ilə görüşüb. Bir neçə dəfə arvadı ilə barışmağa cəhd edib. Lakin sonuncu razı olmayıb. Hətta keçmiş arvadına təklif edib ki, evi iki yerə bölsünlər. Özü üçün təzə giriş qapısı açaraq bir hissəsində Habil, digərində isə Şahlıq uşaqları ilə qalsın. Amma yoldaşı buna imkan verməyib. Həsənov güman edib ki, bəlkə də arvadı onunla barışar, sadəcə, baldızı Nübar buna imkan vermir. 
Hadisə baş verən günü qardaşı evdə olmayıb. Habil evin digər tərəfindən dəniz kənarına düşüb, orada təxminən 2-3 saat tək olmaqla siqaret çəkib və ağlayıb. Uşaqlarını çox istədiyindən ailəsindən ayrı qalmaq istəməyib. Eyni zamanda ailəsinin dağılmasına səbəbkar baldızı Nübarı bildiyindən qərara gəlib ki, qadını öldürsün. Bu səbəbdən dəniz kənarında gizlətdiyi ov tüfəngini götürüb baldızının yaşadığı evə gəlib. Ora çatarkən təxminən 10 metrlik məsafədən arvadı və baldızı onu görüb içəri daxil olub, qapını arxadan bağlayıblar.
Habil Həsənov ifadəsinin davamında bildirib ki, qapıya təpik vuraraq sındırıb içəri girib. Evə daxil olub dəhlizə keçib. Oradan isə digər dəhlizə dönərək sağ tərəfdəki otağın qapısına təpik vurub. Qarşısında baldızı Nübarı görən Həsənov təxminən 1 metr məsafədən silahı onun döş qəfəsinə tuşlayaraq atəş açıb. Sonuncu aldığı xəsarətdən yerə yıxılıb. Habil evi tərk edərək küçəyə çıxıb və qonşusun taksi maşını ilə şəhərə getmək istəyib. Lakin sürücü Habilin əlində tüfəngi görüb qışqıraraq maşından düşüb. Başqa maşınla şəhər ərazisində yerləşən Karvan ticarət mərkəzinin yaxınlığına gəlib. Bir müddətdən sonra orada polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmə prosesində Habil Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib. 
Məhkəmənin hökmü ilə əvvəllər 3 dəfə məhkum olunan Habil Həsənov 15 il müddətinə azdlıqdan məhrum etmə cəzasına məhkum olunub. 

6-11-2023, 14:29 316

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065